Yuxarı

"Ruhanilər, axundlar, imamların dediklərini..."

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Ruhanilər, axundlar, imamların dediklərini..."

"Ruhanilər, axundlar, imamlar, mollarlar, din xadimlərinin də dediklərinə fikir vermək lazımdır".

Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə yeni dövlət müşaviri Kamal Abdulla bildirib.

Dövlət müşaviri qeyd edib ki, ölkədəki dini, eləcə də etnik-mədəni icmalarla mədəniyyətlərin, dillərin, dini məsələlərin öyrənilməsi ilə bağlı müxtəlif layihələr və proqramlar həyata keçiriləcək: "Onlarla komissiyalar və icma nümayəndələri, Azərbaycan alimləri, tarixçiləri birlikdə məşğul olacaqlar. Bir var layihələr hazır şəkildə icmalara verilir, bir də var ki, onların özləri hərəkətə gəlir, işləyirlər. Hər halda bu istiqamətdə fikirlər çoxdur. İnşallah bunları həyata keçirəcəyik".

Onun sözlərinə görə, dini icmalarla bağlı layihələr Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə həyata keçiriləcək: "Ruhanilər, axundlar, imamlar, mollalar, din xadimlərinin də dediklərinə fikir vermək lazımdır. Ümumiyyətlə, Azərbaycan xalqı, eləcə də burada yaşayan digər xalqlar öz dininə böyük hörmətlə yanaşır. Azərbaycanda olan dinlərin, təriqətlərin irəli sürdükləri tövsiyələr, fikirlər, əlbəttə ki, Dövlət Komitəsi tərəfindən də, alimlərimiz tərəfindən də dəyərləndiriləcək. Biz onları müxtəlif proqramlar vasitəsilə həyata keçirəcəyik. Məsələn, təhsil, strukturlaşma sahəsində, eləcə də bəzi məscidlərin restavrasiya işləri ilə bağlı və bir çox başqa məsələlər nəzərdə tutulur. Yəni, dini icmaların görəcəyi hələ çox işlər var" (Aznews.az).

Tarix
2014.04.02 / 13:53
Müəllif
Axar.az
Digər xəbərlər

"Yandeks Ermənistan" rəhbərinin Qarabağ izi...

Baş nazirdən "Bakıbus" MMC ilə bağlı qərar

Daxili İşlər Nazirliyinə yeni vəzifə verildi

Açıq deyin ki, ölənlər günahkardır, “Şəki yaylası” isə "mələk"...

Alkoqollu içkilər üçün gömrük rüsumu dəyişdi

Səfir Bakıdakı gizli görüşdən danışdı

Qərar verildi: Ölkədə kök hüceyrə köçürülməsinə başlanılır

Gömrükdən keçirilən maşınlarla bağlı yeni qaydalar

“Azerbaijan Open 2026”: Qaliblərin adı bəlli oldu - Foto

Bakı və Daşkənd arasında qərargah danışıqları keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla