Yuxarı

Anjey Kaspşikin mandatı uzadıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin mandatı daha bir il uzadılıb.

APA-nın məlumatına görə, bu barədə ATƏT Daimi Şurasında ATƏT-in fəaliyyətdə olan sədri, Avstriya xarici işlər naziri Sebastian Kurzun iştirakı ilə keçirilən xüsusi iclasda qərar verilib.

Qeyd edək ki, A. Kaspşik bu vəzifəni 1997-ci ilin yanvarından icra edir.

İclasda S. Kurz bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylər dialoqun və etimadın güclənməsinə xidmət etməlidir. O həmçinin bu gün təmas xəttində A. Kaspşikin iştirakı ilə bu ilin ilk monitorinqinin keçirildiyini qeyd edib: “ATƏT-in Minsk qrupunun həmsədrləri, şəxsi nümayəndəm Anjey Kaspşik və Yüksək Səviyyəli Planlaşma Qrupunun rəhbəri Hans Lampalzer bizim tam dəstəyimizə arxalana bilərlər. Bununla yanaşı biz münaqişənin həllinə cəlb olunmuş tərəflərin əməkdaşlıq üçün tam iradə göstərəcəyini gözləyirik”.

Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Günter Baxler də fəaliyyətini davam etdirəcək.

Tarix
2017.01.12 / 19:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla