Yuxarı

İsa Muğannanı təhqir edən jurnalistə sərt cavab

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Gör necə qorxaqsan ki, atam haqq dünyasına qovuşandan sonra qeybətini qırırsan".

Bu sözlər mərhum Xalq yazıçısı İsa Hüseynovun (Muğanna) qızı Sevinc Muğannanın jurnalist Əziz Rzazadə "Modern.az" saytında dərc olunmuş köşəsinə yazdığı cavabda yer alıb:

"Yazıq, cahil, ucuz adam! "Siz" deməyə də dilim gəlmir! Sən kimsən ki, müasir Azərbaycan ədəbiyyatinin Nəsimisi haqqında fikir söyləyirsən!? Belə cəsarətin var idi, bunu onun sağliğinda dilə gətirəydin. Gör necə qorxaqsan ki, atam haqq dünyasına qovuşandan sonra onun qeybətini qırırsan. Muğannanın dünyasını anlamaqdan ötrü Nəsimini, Nəimini bilmək lazımdır, ay cahil insan! Bu çürük mənəviyyatla hara gedirsən?

Səni qınamıram, yəgin özünü reklam etmək üçün bu vasitəyə əl atmısan. Ancaq onu bil ki, bununla özünü reklam yox, biabır etmisən. Mənim atam yerdəki mələk idi, ona görə Afaq bacımın dediyi kimi, tənqidləri dinləyib susardı. Mən isə susmagı bacarmıram. Sussam, onun ruhuna xəyanət etmiş olaram. Çox şeylər deyə bilərəm, amma fikrimi belə tamamlayıram: zaman gələcək, Əzrayıl sinənə çöküb sənin də canını alacaq, sən də öləcəksən, amma sənin kimilər - işıqsız, mənəviyyatsız adamcıqlar torpaqda çürüyəcəklər, mənim uca Mugannam isə Eysarının yanında sənin bu halına baxıb güləcək! Onda görərik zibil qutusuna kim yaraşır!"

Xatırladaq ki, Əziz Rzazadənin "Oyaq İsa Hüseynov, yuxulu İsa Muğanna" başlıqlı yazısında bu fikirlər yer alıb:

"(…) Bu, bəyəndiyim və yüksək dəyərləndirdiyim yazıçıya aid qeydlərdir. Amma "Məşhər"dən başlayaraq İ. Hüseynovun, yox, artıq İ. Hüseynovun deyil, İsa Muğannanın yazdıqlarını düşünmədən zibil qutusuna atardım. Çünki... tam cəfəngiyatdır".

Tarix
2014.04.07 / 11:20
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla