Yuxarı

Nazir Malayziyada Qarabağdan danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Malayziyada səfərdə olan Xarici İşlər naziri Elmar Məmmədyarov bu ölkənin Xarici İşlər naziri Dato Sri Anifah Amanla görüşüb.

XİN-in mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan və Malayziya arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsi və ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi yolları müzakirə olunub.

Nazirlər iki ölkə arasında siyasi dialoqun inkişafından, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstəkdən məmnunluq ifadə ediblər, yüksək səviyyəli səfərlər və ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi məsələlərinə toxunublar.

İkitərəfli iqtisadi əlaqələrin inkişaf etdirilməsinə toxunan nazirlər bu istiqamətdə birgə səylərin artırılmasının vacibliyini qeyd ediblər, ölkələrimiz arasında ticarət dövriyyəsi və sərmayə qoyuluşunun artırılması, habelə neft-qaz, sənaye, kənd təsərrüfatı, nəqliyyat, yüksək texnologiyalar, turizm və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların olduğunu vurğulayıblar. Enerji sahəsində əməkdaşlıq çərçivəsində Malayziyanın “Petronas” şirkətinin Azərbaycanda uğurlu fəaliyyəti qeyd olunub.

Malayziyanın xarici işlər naziri Azərbaycana səfərini və keçirdiyi məhsuldar görüşləri xatırladaraq paytaxt Bakı və Azərbaycanın inkişafının onda yüksək təəssüratlar oyatdığını diqqətə çatdırıb.

E. Məmmədyarov isə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi haqqında həmkarına ətraflı məlumat verib. O, Malayziyanın münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq ölkəmizin ərazi bütövlüyü və suverenliyi əsasında həllinə dair Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsinin yüksək qiymətləndirildiyini vurğulayıb.

Görüş zamanı tərəflər həmçinin İƏT gündəliyində duran məsələlər, qarşılıqlı maraq kəsb edən digər beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparıblar.

Tarix
2017.01.18 / 19:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla