Yuxarı

ABŞ və Rusiya ona görə Bakını seçdi ki... - Kuznetsov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son 20 ildə rəsmi Bakının bütün güc tətbiq edən mərkəzlərdən uzaq durması və bütün sivil dünya ölkələri ilə bərabərhüquqlu münasibətlər qurmaq istəyi Azərbaycan paytaxtını hegemon dövlətlərin generallarının görüş yeri seçimində böyük rol oynadı. Bu, birbaşa Azərbaycanın son illərdə yürütdüyü balanslaşdırılmış xarici siyasətin nəticəsidir.

Bu sözləri rusiyalı ekspert və politoloq Oleq Kuznetsov Rusiya və ABŞ Qərargah rəislərinin Bakı görüşü haqda Axar.az-a eksklüziv açıqlamasında deyib. Tanınmış politoloq əlavə edib ki, son bir neçə ildə Bakı Şərqlə Qərb arasında körpü rolunu oynayır:

“Mənim kiçik bir əlavəm də var. Son bir neçə ildə Bakı Şərq və Qərb arasındakı beynəlxalq sivil körpü rolunu oynayır, sivil islamı və xristianlığı birləşdirir. Bakı uzun müddətdir ki, Avropanın xristian mədəniyyət nazirləri ilə Asiyanın müsəlman mədəniyyət nazirlərinin ənənəvi görüş məkanıdır. Çünki Bakı hər iki dinin daşıyıcılarının mədəniyyətini özündə əks etdirir və yaxınlaşdırır. Təcrübə göstərir ki, bu proses çox böyük və təqdirəlayiqdir. Mənim fikrimcə, Azərbaycan sürətlə Mərkəzi Asiyanın İsveçrəsinə çevrilir. Bu gün region üçün böyük əhəmiyyət kəsb edən görüşlərin hamısı bu ərazidə baş tutur”, – deyə politoloq əlavə edib.

Tarix
2017.02.17 / 09:18
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

İbrahim Rəisi sağdırmı? – İrandan şok qərarlar...

İran mediası Rəisi ilə bağlı bu xəbəri sildi

Sərhəddə açılış: İlham Əliyev və Rəisi iştirak etdi - Yeniləndi

İlham Əliyev Rəisi ilə görüşdü - Foto

XİN Türkiyədəki bu bayramla bağlı paylaşım etdi

Bayrağımız niyə oxşardır? Paris Bakıdan nə istəyir?

Mierinyanın Füzuli səfərində diqqət çəkən detal - Foto

Polis erməni deputatları sərhədimizə buraxmadı

İran-Azərbaycan əlaqəsi təkcə qonşuluq deyil – Rəisi

İran-Azərbaycan dostluğu sarsılmazdır - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla