Yuxarı

Pakistan bu hərbi təyyarəni Azərbaycana verir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistan Azərbaycanla müdafiə sənayesi sektorunda əməkdaşlığı genişləndirməkdə və birgə layihələr həyata keçirməkdə maraqlıdır.

Bunu Report-a açıqlamasında Pakistanın Müdafiə Sənayesi naziri Rana Tanver Hüseyn deyib.

Nazir qeyd edib ki, Pakistanın müdafiə sənayesi sahəsində böyük təcrübəsi var və Azərbaycan ilə bu istiqamətdə yaxşı əlaqələri mövcuddur.

“Azərbaycan Prezidentinin Pakistana səfəri bu əlaqələri daha da dərinləşdirəcək. Biz Azərbaycanı qardaş olaraq görürük və ona görə əməkdaşlığı dərinləşdirməyə çalışırıq. Biz Azərbaycanla geniş spektrdə - kiçikçaplı silah və sursat istehsalından, təyyarə istehsalına qədər əməkdaşlıq etməyi hədəfləyirik. Qardaş Azərbaycanla birgə müəssisələrin yaradılmasına və texnologiya transferinə hazırıq”, - nazir qeyd edib.

Nazir əlavə edib ki, “JF-17 Thunder” döyüş və “Super Mushshak” təlim təyyarələrinin Azərbaycana satışında heç bir problem yoxdur. “Biz “Super Mushshak” təyyarəsinin Azərbaycana çatdırılmasına hazırıq”, - o, vurğulayıb.

Tarix
2017.02.20 / 09:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla