Yuxarı

Kiyevdəki soydaşlarımızdan ermənilərə: Rədd olun!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin birgə təşəbbüsü ilə Ermənistanın Ukraynadakı səfirliyinin qarşısında Xocalı Soyqrımının 25-ci ildönümü ilə bağlı etiraz aksiyası keçirilib.

Axar.az xəbər verir ki, etiraz aksiyasında Ukraynanın Xarkov, Dnepropetrovsk,Lvov, Nikolayev, Kiyev və digər şəhərlərində yaşayan soydaşlarımızla yanaşı Türk, İran ,Tatar və bir sıra xalqların diaspora nümayəndələri iştirak edib.Ermənistan hakimiyyətindən işğalçı qoşunlarını Azərbaycan torpaqlarından geri çəkməyi tələb edən aksiya iştirakçıları,mənfur düşmənin indiyədək törətdiyi hər bir cinayətə görə tarix qarşısında cavab verəcəklərini vurğulayıblar.İndiki erməni daşnak hakimiyyətinə ağır ittihamların səsləndiyi aksiyada “Rədd ol Qarabağdan“, “Terrora son qoy“, “Qarabağ bizimdir, bizim olacaq“ Xocalı soyqrımına görə cavab verəcəksiniz kimi şüarlar səsləndirilib.Ermənistan səfirliyinin qarşısına avtobuslar yığmaqla aksiyanın keçirilməsinə maneçilik törətməyə cəhd göstərilsədə ,soydaşlarımızın qətiyyəti nəticəsində düşmənin bu təxribatı baş tutmayıb.

Ukrayna mətbuatının maraqla izlədiyi aksiyada Ukrayna Azərbaycanlıları Konqresinin Ali Məclisinin sədri Akif Gülməmmədov, Ukrayna Azərbaycanlı Gənclər birliyinin sədri İlhamə Allahverdiyeva, İşıq dini cəmiyyətin sədri Əbülfəz Qasımov və Xocalı sakini olan Sadiq Bilalov çıxış edərək son 2 əsrdə xarici havadarlarının gücünə söykənərək Azərbaycanda işğalçılıq və soyqrım siyasəti həyata keçirən erməni qəsbkarlarının qeyd-.şərtsiz Azərbaycan torpaqlarını tərk etməyə səsləyiblər.Aksiyada xüsusi fəallıq göstərən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin fəalları isə ermənistan səfirliyinin qarşısında üzərinə “Xocalı soyqrımına görə cavab verəcəksiniz” yazılmış şəffav qutuya faciə qurbanlarının adları qeyd olunmuş 613 zərf salaraq,oradan havaya xocalı şəhidlərinin sayı qədər qara şar buraxıblar

Etiraz aksiyası cinayətkar Ermənistan hakimiyyətinə ünvavlanmış qətnamənin oxunuşu ilə başa çatıb.

Tarix
2017.02.25 / 19:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla