Yuxarı

Ermənilərin növbəti təxribatı uğursuz oldu - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 26-da erməni ekstremistlərindən ibarət bir qrup gənc Parisdə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş konsertin keçirildiyi “Eglise Saint-Roch” kilsəsi yaxınlığında zorakı üsullarla etirazlarını nümayiş etdirməyə cəhd göstəriblər.

Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) Axar.az-a bildiriblər ki, etirazçılar kilsəni mühasirəyə almaq və iştirakçıların konsert məkanına daxil olmalarını əngəlləmək üçün ciddi cəhdlər göstərib və nəticədə qonaqlar arxa girişdən istifadə etməyə məcbur olublar. Ekstremistlər kilsəyə daxil olmağa çalışan yaşlı bir qadını yerə yıxıblar. Ermənilərin qışqırıqları konsert başlamamışdan əvvəl eşidilsə də, gözəl musiqi və iştirakçıların gurultulu alqışları bu səsləri asanlıqla boğurdu. Üç yüz qonağın iştirak etdiyi konsertin iştirakçıları arasında Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, UNESCO-dakı daimi nümayəndəliyimizin rəhbəri Anar Kərimov və Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, deputat Jan-Fransua Mansel də var idi.

Konsertdə görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Elegiya”, Xəyyam Mirzəzadənin “Bərzani” və ispan bəstəkarı Enrike Qranadosun “Orientale” əsərləri “Quatuor Chagall” kvarteti tərəfindən ifa edilib.

Konsert fransız bəstəkarı Pyer Tilloyun həmin faciəli gecənin dəhşətlərindən xəbər verən “Xocalı 613” simfonik poemasının ifa edilməsi ilə başa çatıb. Əsər skripka, klarnet və simli alətlər kvartetinin əsgər yürüşü, fəryad, pulemyot atəşi və milli musiqini tərənnüm etməklə güclü təsir yaradır. P.Tilloyun bəstəsini azərbaycanlı skripkaçı Nəzrin Rəşidova, latviyalı klarnet ifaçısı Anna Gagane və “Quatuor Chagall” kvarteti ifa edib.

Avropa Azərbaycan Cəmiyyətinin Fransa ofisinin direktoru Marie-Laetitia Gourdin deyib:

“Musiqi susmaq mümkün olmayanda çatdıra bilmədiklərini ifadə edir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qızğın vaxtında Xocalı şəhərini işğal edənlər mülki əhalini şəhərdən qaçmaq istəyən zaman kütləvi qırğına məruz qoyublar. Kişi, qadın, uşaq və qocalar da daxil olmaqla, ümumilikdə 613 nəfər həlak olub. Bu kədərli müharibə cinayəti nasistlərin 1944-cü ildə Normandiyanın işğalından sonra Oradour-sur-Glane kəndinin əhalisinə qarşı törətdiklərini xatırladır.

BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğalçı siyasətini pisləyən dörd qətnamə qəbul etməsinə baxmayaraq, Ermənistan bu günə qədər Dağlıq Qarabağı və ona bitişik yeddi rayonu işğal altında saxlamaqda davam edir. Bir milyon qaçqın və məcburi köçkün Azərbaycanın müxtəlif yerlərində məskunlaşıblar. Bugünkü musiqili anım gecəsi Xocalı şəhidlərinin əziz xatirəsinə və yalnız bir arzusu – evlərinə qayıtmaq istəyi olan azərbaycanlılara həsr olunub”.

Tarix
2017.02.27 / 14:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan

Əliyevi gözləyirik, Nikol isə gəlməlidir. Əgər gəlməsə…

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla