Yuxarı

Həsən Sarıyevi toplantı zalından qovublar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün öncə Ağdamda çox maraqlı hadisə yaşanıb. Yeni icra başçısı Raqub Məmmədov ağdamlılara təqdim olunarkən qarşıdurma yaranıb.

Həmin tədbir iştirakçılarının birinin verdiyi məlumata görə, buna səbəb rayonun sabiq icra başçısı Həsən Sarıyev olub.

Təqdimat mərasimi zamanı zala daxil olan Həsən Sarıyev yıxılıb. Bu zaman onun qolundan tutub qaldırıblar və o ön sırada oturaraq dinməz-söyləməz şəkildə iclasda iştirak edib.

Ancaq Bakıdan gələn nümayəndələr onu tanıyıblar və elə hesab ediblər ki, sabiq başçının toplantıda iştirak etməsi təxribat xarakterlidir və onun qarşıdurma yaratmaq məqsədi var. Onlar Sarıyevdən zalı tərk etməyi tələb ediblər. Sabiq başçı əvvəlcə müqavimət göstərmək istəsə də, tələbə əməl etməyəcəyi təqdirdə polis tərəfindən həbs ediləcəyi barədə xəbərdarlıq alan kimi durub zalı tərk edib.

Qeyd edək ki, uzun illər Ağdama Həsən Sarıyev rəhbərlik edib.

Ondan sonra isə bu vəzifəyə Nizami Sadıqov təyin edilmişdi.

Prezidentin növbəti sərəncamı ilə bir neçə gün öncə Nizami Sadıqov da tutduğu vəzifədən kənarlaşdırılb və Raqub Məmmədov rayonun yeni başçısı təyin edilib. /"Modern.az"/

Tarix
2014.04.19 / 18:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

Yenə bizim olmayanları alaq, bizə hücum edilsin?

4 kəndin Azərbaycana qaytarılması... – Türkiyə səfiri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla