Yuxarı

Ömürlük məhkumlar da müraciət edirlər - Millət vəkili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Novruz bayramı ərəfəsində dövlət başçısının əfv sərəncamı imzalaması gözlənir. Prezident yanında Əfv Məsələləri Komissiyası iclaslar keçirərək müraciətlərə baxır. Ömürlük məhkumların müraciətlərinə də baxılırmı?

Novator.az-ın sualını cavablandıran komissiya üzvü, deputat Məlahət İbrahimqızı deyib ki, ömürlük məhbuslardan da müraciətlər daxil olur: “Komissiyanın nizamnaməsinə görə, cinayət törətmiş şəxs və ya onun yaxın adamları, vəkili əfvlə bağlı müraciət edə bilər. Ömürlük məhkumlar da müraciət edirlər. Əfv Komissiyasının təcrübəsində bir neçə dəfə olub ki, ömürlük həbs edilənin cəzası yumşalıb, müəyyən müddətlə əvəz edilib. Məhkumun törətdiyi cinayət, zərərçəkmişlərin münasibəti, həbsdə olduğu müddət ərzində özünü aparması, dövlət və cəmiyyət üçün təhlükəli olub-olmaması kimi məqamlar təhlil edilir, yoxlanır, hansısa ip ucu, şans varsa, ömürlük cəza müəyyən müddətlə dəyişdirilir.

Konkret mənə ömürlük məhbuslardan müraciət daxil olmayıb, amma komissiyanın çox üzvü var, onlara belə müraciətlər edilir. Birbaşa prezidentə, birinci vitse-prezident Mehriban Əliyevaya, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə də belə müraciətlər var. Əfv dövlət başçısının səlahiyyətidir. Prezidentin apardığı siyasətin mayasında məhz humanizm dayandığı üçün minlərlə məhbus əfv edilərək ailəsinə, yaxınlarına qovuşub. O cümlədən Mehriban Əliyeva parlamentdə olduğu müddətdə bir neçə dəfə amnistiya təşəbbüsü irəli sürüb və bu, müsbət qarşılanıb. İstənilən müraciətə bizim komissiya da baxır və adekvat qərar qəbul olunur”.

Növbəti əfv siyahısında ömürlük məhbusların da adı yer ala bilərmi? Məlahət İbrahimqızı konkret fikir səsləndirməyi düzgün hesab etmir: “Müraciətlər var, onlara baxılır. İctimaiyyətin ayrı-ayrı təbəqələrini təmsil edən komissiya üzvləri kimi borcumuz bizə daxil olan müraciətləri araşdırıb təhlil aparmaq, komissiyanın iclasına çıxarmaq, müzakirələrdə iştirak etmək, həmin şəxslərin azadlığa buraxılması, cəzalarının endirilməsi ilə bağlı münasibətimizi ifadə etməkdir. Kiminsə əfv edilməsi, qeyd etdiyim kimi, prezidentin səlahiyyətidir. Biz sadəcə müraciətlərə münasibət bildiririk və səs veririk”.

1998-ci ildə Milli Məclisin qəbul etdiyi qanunla ölüm hökmü ləğv olunub və ölümə məhkum edilmiş şəxslərin cəzası ömürlük həbslə əvəzlənib. Həmin məhbuslar uzun illərdir cəzalarının müddətli həbslə əvəzlənməsini istəyirlər. Avropa Şurasının Parlament Assambleyası da 2007-ci ildə qəbul etdiyi qətnamədə Azərbaycan hökumətinə ölüm cəzasının ləğvindən sonra ömürlük məhbusa çevrilmiş şəxslərin cəzalarının yumşaldılmasını tövsiyə edib.

Tarix
2017.03.03 / 23:57
Müəllif
Axar.az
Digər xəbərlər

O, məni şərləyəndə Bəylər Əyyubov prezidentə demişdi ki...

Rusiyadakı qadın təşkilatlarına və cəmiyyətlərə müraciət

Türk mediası Rusiyadakı zorakılığı göstərdi - Video

Rusiyada öldürülən qardaşlar: ekspertizanın nəticəsi...

Ərdoğandan Azərbaycana növbəti təşəkkür

Bakıya gələn “Ruptly”nin redaktoru saxlanıldı – Təcili

Bakıda Rusiyanın Mədəniyyət Mərkəzi bağlanıb?

Yekaterinburqdakı qətllə bağlı bəyanat yayıldı

Rusiya "tarixi iddialara" əsaslanır, postsovet ölkələrinə qarşı...

Paşinyan Kallasla görüşdü, sülh prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla