Yuxarı

Cocuq Mərcanlıda axtarış: 1064 qəlpə tapıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri martın 6-da Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində altı evə baxış keçiriblər. Ümumilikdə 1064 qəlpə aşkar edilib, mina və partlamamış hərbi sursat aşkar olunmayıb. Gün ərzində 32 min 384 kvadratmetr ərazi (11 min 884 kvadratmetr əl ilə, 11,2 min kvadratmetr mexaniki üsulla və 9,3 min kvadratmetr minaaxtaran itlərlə) yoxlanılıb.

Agentlikdən Axar.az-a bildiriblər ki, 31 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 128 evə və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib. On partlamamış hərbi sursat (3 ədəd 82 millimetrlik “OF-832”, 2 ədəd 120 millimetrlik “OF-843” minaatan mərmisi, 2 ədəd 93 millimetrlik tank əleyhinə idarə olunmayan raket (1 ədəd “PQ-7VL” və 1 ədəd “PQ-7VM”), 1 ədəd “PQ-7” raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd “F-1” əl qumbarası, 1 ədəd 100 millimetrlik “OF-412” top mərmisi), 3 ədəd piyada əleyhinə “OZM-72” və 28 tank əleyhinə mina (Dörd tank əleyhinə “TM-57” minası və 24 ədəd “TM-57” tank əleyhinə minanın partladıcısı “MVZ-57”) aşkar olunaraq zərərsizləşdirilib. Ümumilikdə 873 min 806 kvadratmetr ərazi (404 min 364 kvadratmetr əl ilə, 218 min 200 kvadratmetr mexaniki üsulla, 113 min kvadratmetr “Sensys” dərinlik ölçən cihazı və 138 min 242 kvadratmetr minaaxtaran itlərlə) yoxlanılıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

ANAMA tərəfindən yanvarın 1-dən martın 6-dək cəmi 1973 partlamamış hərbi sursat, tank əleyhinə 66 mina və piyada əleyhinə 5 mina aşkarlanaraq zərərsizləşdirilib. Ümumilikdə 911 min 900 kvadratmetr ərazi (442 458 kvadratmetr əl ilə, 218 min 200 kvadratmetr mexaniki üsulla, 113 min kvadratmetr “Sensys” dərinlik ölçən cihazı və 138 min 242 kvadratmetr minaaxtaran itlərlə) yoxlanılıb.

Tarix
2017.03.06 / 20:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla