Yuxarı

Rusiya əvəzolunmaz təyyarələrini itirir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya əvəzolunmaz təyyarələrini itirir

Rusiya Ukraynaya raket zərbələri endirilməsində mühüm əhəmiyyət daşıyan Tu-95 strateji bombardmançı təyyarələrini tədricən itirir.

Axar.az xəbər verir ki, bu barədə "Nəşnl İnterest" məlumat yayıb.

"Moskvanın bu vəziyyətdə qarşılaşdığı əsas problem həmin təyyarələrin demək olar ki, əvəzolunmaz olmasıdır. Tu-95 təyyarəsi “Tupolev” Konstruktor Bürosu tərəfindən hazırlanıb. İlk təyyarə 1952-ci ildə havaya qalxıb, müntəzəm istehsalına isə 1956-cı ildə başlanılıb. Ümumilikdə 500-dən çox belə bombardmançı təyyarə istehsal edilib. Tu-95MS-in modernləşdirilmiş versiyasının istehsalı 1981-ci ildə bərpa edilib, lakin 1992-ci ildə tamamilə dayandırılıb. Tammiqyaslı işğalın başlamasına qədər Rusiyanın təxminən 58 ədəd Tu-95MS bombardmançısı var idi. Ukrayna bu təyyarələrdən ən azı səkkizini məhv edib, daha üçünə isə ziyan vurub. Bu, müharibədən əvvəlki parkın təxminən 18%-ni təşkil edir. Rusiya aviasiyası xüsusilə böyük itkilərə 2025-ci ilin iyununda keçirilən “Hörümçək toru” əməliyyatı zamanı məruz qalıb. Həmin vaxt Ukrayna qüvvələri səkkiz bombardmançı təyyarəni məhv edib. Sonradan Ukrayna dronları Saratov vilayətindəki “Engels” aviabazasında yerləşən təyyarələrə də hücum edib. Rusiyanın itirdiyi təyyarə parkını bərpa etməsi son dərəcə çətin olacaq. Vaşinqtonun ehtiyat B-52 bombardmançıları və köhnə təyyarələrin saxlanması üçün xüsusi meydançaları olduğu halda, Moskvanın buna bənzəri yoxdur.

Bundan əlavə, bu təyyarələrin istehsalı çoxdan dayandırılıb", - məlumatda deyilib.

Tarix
2026.09.21 / 08:00
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Məktəblərdə geyim qaydaları - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

Vəzifəsindən azad olunan polkovnikə yüksək vəzifə verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla