Yuxarı

ANAMA Füzulidə: F-1 aşkarlandı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ANAMA Füzulidə: F-1 aşkarlandı

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri martın 10-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində idarəetmə mərkəzinin və Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sisteminin məlumatlarına əsasən, Füzuli rayonunun üçüncü Zobcuq qəsəbəsində əkin sahəsinə baxış keçiriblər. Axtarış zamanı aşkarlanan bir ədəd “F-1” əl qumbarası zərərsizləşdirilməsi üçün götürülüb. Agentlik tərəfindən 740 kvadratmetr əraziyə baxış keçirilib.

ANAMA-dan Axar.az-a bildiriblər ki, yanvarın 1-dən martın 10-dək Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Lənkəran və Cəbrayıl rayonlarında, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 6 otlaq sahəsinə, 3 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 156 evə və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbiristanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib. Cəmi 1987 partlamamış hərbi sursat, tank əleyhinə 72 mina və piyada əleyhinə 5 mina aşkarlanaraq zərərsizləşdirilib. Ümumilikdə, 1 milyon 125 min 39

kvadratmetr ərazi (454 min 679 kvadratmetr əl ilə, 275 min 900 kvadratmetr mexaniki üsulla, 113 min kvadratmetr “Sensys” dərinlik ölçən cihazı və 281 min 460 kvadratmetr minaaxtaran itlərlə) yoxlanılıb.

Tarix
2017.03.10 / 20:42
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda Dövlət Bayrağı Günüdür

İntensiv danışıqlar oldu, Rusiyanı qane etmədi - Bayramov

Türkiyə MMN Bakıdakı paraddan bu videonu yaydı

Cənab Prezident, xanımımın sizə salamı var... - Video

Azərbaycan bayrağı Nyu York səmasında!

Abdulla Qurbani hərbi parada niyə aparıcılıq etməyib?

Zəfər paradında hansı ölkələrin rəsmiləri iştirak edib?

Xankəndidə atəşfəşanlıq oldu

"Qartal" hərbi paradda belə keçid etdi - Video

Tokayev Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla