Yuxarı

PA rəsmisi prezidentə təşəkkür etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
PA rəsmisi prezidentə təşəkkür etdi

“Şərəf” ordeni dövlət başçımızın mənim əməyimə verdiyi qiymətin, mənə etimadın böyük göstəricisidir. Bu etimadı doğrultmaq üçün bundan sonra da əlimdən gələni edəcəyəm.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Tvitterdəki səhifəsində yazıb:

“Əziz və hörmətli yaxınlar, dostlar, həmkarlar, tanışlar!

Azərbaycan Prezidentinin sərəncamı ilə “Şərəf” ordeni ilə təltif olunmağım münasibəti ilə mənə ünvanladığınız xoş sözlərinizə, təbrik və mesajlarınıza interaktiv cavab verə bilmədiyim üçün hər birinizdən üzr istəyirəm. İş rejimim imkan vermədiyindən bunu edə bilmədim. Hesab edirəm ki, məni başa düşərsiniz.

“Şərəf” ordeni dövlət başçımızın mənim əməyimə verdiyi qiymətin, mənə etimadın böyük göstəricisidir. Bu etimadı doğrultmaq üçün bundan sonra da əlimdən gələni edəcəyəm.

Ən xoş arzularla hər birinizə dərin minnətdarlığımı bildirirəm. Sağ olun”, - PA rəsmisi qeyd edib.

Qeyd edək ki, dünən Prezident İlham Əliyev Novruz Məmmədovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Tarix
2017.03.14 / 10:52
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik, amma...

Bizə heç kimin köməyi, himayadarlığı lazım deyil!

Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır

Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı...

Hazırkı Ermənistan iqtidarı mədəniyyətsiz açıqlamalarla...

Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - Video

Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi... - Prezident

YAP-ın VIII Qurultayı keçirilir, İlham Əliyev çıxış etdi

Onlar Köçəryanın əsas seçici bazasını təşkil edirdi...

Azərbaycanın İsraillə münasibətləri... - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla