Yuxarı

Siyavuş Novruzov deputat oğlunun "avtoş"luğundan danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı, hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov nəqliyyat naziri Ziya Məmmədovun deputat qardaşı Elton Məmmədovun oğlunun paytaxtın Zığ-hava limanı şosesində sürət yarışına çıxması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

YAP-çı deputat açıqlamasında deyib ki, kimliyindən asılı olmayaraq, xüsusilə də məmur övladları ilk növbədə qanunun tələblərinə riayət etməlidir: "Çünki vətəndaşların hamısı qanun qarşısında bərabərdir. Burada məmur övladları ikiqat məsuliyyət daşıyır. Ona görə də məmur övladları nizam-intizama, davranış və etik qaydalara əməl etməlidir. Mənim də övladım var, ancaq heç kəs onu tanımır. Düşünürəm ki, belə də olmalıdır".

S.Novruzov qeyd edib ki, dəbdəbəli həyat tərzinə və bahalı avtomobilə sahib olmaq insan üçün əsas göstərici deyil: "İnsan üçün əsas göstərici onun ağılı, təhsili, vətəninə, dövlətinə olan yaxşı xidməti və sədaqətidir. Cəmiyyətin də hər kəsdən gözlədiyi müsbət göstərici bunlardır. Yoxsa kimsə hər hansı bahalı markalı avtomobil sürməklə və dəbdəbəli həyat tərzi keçirməklə özünü kiməsə göstərə bilirsə, bu onların özləri kimi 1-2 nəfərin diqqətinə cəlb edəcək. Ancaq digərlərinin buna münasibəti isə kəskin pis olacaq.

Hakim partiya olaraq biz bütün fəaliyyətimizdə ümummilli lider Heydər Əliyevin tövsiyə etdiyi sadə həyat tərzini və cəmiyyətdə hər zaman sadəliyi təbliğ edirik. Bundan sonra da biz bunu təbliğ edəcəyik". /Publika.az/

Tarix
2014.04.23 / 17:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İbrahim Rəisi sağdırmı? – İrandan şok qərarlar...

İran mediası Rəisi ilə bağlı bu xəbəri sildi

Sərhəddə açılış: İlham Əliyev və Rəisi iştirak etdi - Yeniləndi

İlham Əliyev Rəisi ilə görüşdü - Foto

XİN Türkiyədəki bu bayramla bağlı paylaşım etdi

Bayrağımız niyə oxşardır? Paris Bakıdan nə istəyir?

Mierinyanın Füzuli səfərində diqqət çəkən detal - Foto

Polis erməni deputatları sərhədimizə buraxmadı

İran-Azərbaycan əlaqəsi təkcə qonşuluq deyil – Rəisi

İran-Azərbaycan dostluğu sarsılmazdır - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla