Yuxarı

Tərtərdə F-1 tapıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tərtərdə F-1 tapıldı

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sisteminin məlumatına əsasən, Tərtər şəhərində Daş bazarı adlanan əraziyə baxış keçiriblər. Axtarış zamanı aşkar edilən bir ədəd “F-1” əl qumbarası zərərsizləşdirilməsi üçün götürülüb, beş yüz kvadratmetr ərazi yoxlanılıb.

ANAMA-dan Axar.az-a bildiriblər ki, yanvarın 1-dən martın 15-dək agentlik tərəfindən Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Qazax, Lənkəran və Cəbrayıl rayonlarında, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 6 otlaq sahəsinə, 5 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 156 evə və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza və körpü ərazilərinə, istirahət mərkəzinə, qəbiristanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib. Baxış zamanı 1991 partlamamış hərbi sursat, tank əleyhinə 73 mina və piyada əleyhinə 7 mina aşkar olunaraq zərərsizləşdirilib.

Ümumilikdə 1 milyon 209 min 792 kvadratmetr ərazi (463 min 964 kvadratmetr əl ilə, 321 min 600 kvadratmetr mexaniki üsulla, 113 min kvadratmetr “Sensys” dərinlik ölçən cihazı və 311 min 228 kvadratmetr minaaxtaran itlərlə) yoxlanılıb.

Tarix
2017.03.15 / 21:44
Müəllif
Axar.az
Digər xəbərlər

Britaniya hava limanlarında nasazlıq: yüzlərlə reys gecikir

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Video

Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto

Minatəmizləmə ilə bağlı tələblər təsdiqləndi

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim etdi

Məmmədov ABŞ-ın Ermənistandakı diplomatını qəbul etdi

Bu nazirliyin tərkibi ilə bağlı vacib qərar

Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər?

Avropa şokda: Rusmeyilli radikallar seçkini uddu - Nə baş verir?

İlham Əliyev Şimali Makedoniya prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla