Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 Sentyabr 2020


Sərkisyan qorxur ki, apreldə Bakı hücum əmri verər və…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in Minsk Qrupunun həmsədrləri martın 11-də Azərbaycan prezidenti ilə görüşdən sonra mətbuat konfransı keçiriblər.

Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu yazıb. O, ən maraqlı açıqlamaları Minsk Qrupunun ABŞ-dan olan həmsədri Riçard Hoqlandın səsləndirdiyini deyib:

“Birincisi, amerikalı diplomat dedi ki, münaqişə uzun müddətdən bəri davam etsə də, həll yolları mövcuddur. Ancaq Riçard Hoqland konkret hansı “həll planı”ndan söhbət getdiyini demədi.

İkincisi, o bildirdi ki, hazırda Rusiyanın fəal vasitəçi olmasında anormal heç nə yoxdur. Onun sözlərinə görə, Kolin Pauel ABŞ-ın dövlət katibi olduğu illərdə də Vaşinqton vasitəçilikdə fəal idi. Əslində, bu sözlər Vaşinqtonun hazırda passiv olmasının etirafıdır. Kolin Pauel 10 il əvvəl dövlət katibi olub. Belə çıxır ki, son 10 ildə Vaşinqtonu Dağlıq Qarabağ münaqişəsinin həlli az maraqlandırıb.

Üçüncüsü, amerikalı diplomat Azərbaycan və Ermənistan rəsmilərinin sərt ritorikası, müharibə çağırışlarının daxili ictimaiyyətə hesablandığını söylədi. Hərbi ritorikadan daha çox torpaqları işğal altında olan dövlət - Azərbaycan istifadə edir. Doğrudur, ara-sıra Ermənistan prezidenti və bu ölkənin digər rəsmiləri də müharibənin mümkünlüyündən danışırlar. Ancaq məlumdur ki, Ermənistan status-kvonun uzanmasına çalışır. Müharibə ifadəsini daha çox status-kvonu dəyişmək istəyən tərəf səsləndirməlidir. Hərbi ritorikanın yumşaldımasının yeganə yolu “mərhələli həll” planının reallaşmasıdır. Bu baş vermədən hərbi ritorika azalmayacaq”.

Politoloq Ərdoğanın Moskva səfərinə də toxunub:

“Bu, iki dövlət başçısının təyyarə böhranından sonra dördüncü görüşü idi. Ərdoğanla Putin Moskvada daha çox Suriyadakı vəziyyəti müzakirə etdilər. Bu, gözlənilən idi. Buna baxmayaraq, Ərdoğanın Putinlə görüşdə Azərbaycana aid iki mövzunu da gündəmə gətirməsi bizim üçün önəmli idi. Ərdoğan birinci cümləsində dedi ki, Dağlıq Qarabağ münaqişəsini qısa müddətdə həll etmək lazımdır, əks halda bölgədə müharibə təhlükəsi qalacaq. Eyni zamanda, Ərdoğan Türkiyə-Rusiya-Azərbaycan formatının yaradılmasını təklif etdi. Ərdoğanın Azərbaycana aid mövzuları Putinin diqqətinə çatdırması rəsmi Bakı tərəfindən yüksək qiymətləndirildi. Kreml Ərdoğanın təklifi ilə Türkiyə-Rusiya-Azərbaycan formatının yaradılmasına müsbət yanaşsa da, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini sürətləndirməyi planlaşdırmır”.

Politoloq Ərdoğanın ardından Ermənistan prezidentinin martın 15-də Moskvada Putinlə görüşməsinə də aydınlıq gətirib:

“Prezidentlərin görüşündən başqa iki ölkənin hərbçiləri də görüşdü. Rusiyanın Baş Qərargah rəisi Valeri Gerasimov Ermənistanın Baş Qərargah rəisi Movses Akopyanla iki ölkə arasındakı hərbi əməkdaşlıq məsələlərini müzakirə etdi.

Sərkisyanın Moskvaya səfərində əsas məqsədi atəşkəsə riayət olunacağına dair Moskvadan təminat almaqdır. Sərkisyan istəyir ki, Kreml apreldə Azərbaycana hücuma keçməyə imkan verməsin, Bakıya təzyiqini artırsın və o bu vəziyyətdə seçkini “planlaşdırdığı” kimi keçirsin.

Aprel ayı Ermənistan üçün ağır keçəcək. Ermənistan hakimiyyətinin, müxtəlif siyasi dairələrinin və cəmiyyətinin aprel ayı ilə bağlı iki böyük qorxusu var.

Birincisi, odur ki, apreldə Azərbaycan Ordusu yenidən hücuma keçərək yeni ərazilər azad edəcək və bu zaman Ermənistan ordusunda keçən il olduğu kimi böyük itkilər qeydə alınacaq. Ermənistanın əhalisi onsuz da azalır. Növbəti dəfə yüzlərlə itkini Ermənistan cəmiyyətinin həzm etməsi problematikdir.

İkincisi ondan ibarətdir ki, 2 aprel parlament seçkisində Ermənistanda ara qarışacaq. Ermənistanda Sərkisyana qarşı bəzi qrupların hətta silahlı müqavimət göstərməsi də mümkündür. Çünki Ermənistanda seçkinin saxtalaşdırılması və inzibati resurslardan istifadə imkanları böyükdür. Ötən ilin yayında İrəvanda silahlı qrup polis məntəqəsini ələ keçirərək, qanun keşikçilərini girov götürmüşdü, ölən və yaralanan oldu. Ermənistanda əllərdə başqa silahlar da var. Misal üçün, seçkiqabağı mitinqlərin birində keçmiş müdafiə naziri Seyran Ohanyana atəş açdılarsa, seçkidən sonra başqa silah səslərinin eşidilməsi ehtimalı da yüksəkdir”.

E.Şahinoğlu hesab edir ki, Sərkisyanın Putinlə görüşünün digər məqsədi Gümrüdə Rusiya ilə birgə hərbi-sənaye kompleksinin yaradılmasıdır:

“Putin 2013-cü ildə Ermənistana səfəri zamanı Sərkisyanla birgə Gümrüdəki Rusiyanın hərbi bazasına baş çəkdikdə, orada birgə hərbi sənaye istehsalına başlanacağını vəd etmişdi. Üstündən 4 il keçib, nəticə yoxdur. Azərbaycanın hərbi sənayesi inkişaf edir, hər il yeni silah və texnika istehsal olunur. Ermənistanın isə belə geniş imkanları yoxdur. Ona görə də Sərkisyanın ümidi onadır ki, Putin Ermənistanda hərbi istehsala kömək edəcək. Rusiyanın nə marağı var ki, Ermənistanda hərbi sənaye istehsalına başlasın? Kreml hərbi istehsalı Rusiya ərazisində qurub və satışdan milyardlarla dollar qazanır”.

Tarix
2017.03.17 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Müharibə qapıdadır: Kreml Nikola kömək etməyəcək - Trofimçuk

Gücümüzü səfərbər etməklə... - Prezident

Qubada bir kənddə 8 müəllim koronaya yoluxdu - Rəsmi

Bakı ilə əlaqələrin inkişafı Tiflis üçün vacibdir - Səfirlik

İrəvanın Azərbaycana hücumu: qarşısını almaq üçün... - Ərdoğan

Əliyevin çıxışı zəlzələ effekti verdi: İrəvan silkələnir...

Ombudsmandan erməni təxribatı ilə bağlı - Müraciət

Çavuşoğlu şəhidimizdən yazıb, Ermənistana çağırış etdi

O, hələ 50-ci illərdə öz səsini ucaltdı… - Akademik

Baş nazir bu rüsumu ləğv etdi

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla