Yuxarı

Məmmədov ABŞ-ın Ermənistandakı diplomatını qəbul etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məmmədov ABŞ-ın Ermənistandakı diplomatını qəbul etdi

Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov ölkədə səfərdə olan ABŞ-ın Ermənistandakı müvəqqəti işlər vəkili Deyvid Aleni qəbul edib.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, sülh prosesinin irəlilədilməsi, uzunmüddətli və dayanıqlı sülhün təmin olunması, eləcə də regionda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində atılan addımlar müzakirə edilib.

Eyni zamanda Elnur Məmmədovun Vaşinqton Sülh Sammitinin ildönümü münasibətilə ABŞ-a etdiyi səfərin nəticələri və imzalanmış üçtərəfli bəyanat, "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun" (TRİPP) icrası istiqamətində aparılan fəaliyyət, habelə marşrutla bağlı infrastrukturun inşasına rəhbərlik edəcək TRİPP İnkişaf Şirkətinin yaradılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Bundan əlavə, Azərbaycan-ABŞ ikitərəfli gündəliyi və Strateji Tərəfdaşlıq Xartiyasında əks olunmuş istiqamətlər üzrə gələcək əməkdaşlıq perspektivlərinə nəzər salınıb.

Qeyd edək ki, görüşdə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon da iştirak edib.

Tarix
2026.09.08 / 19:02
Müəllif
Axar.az
Digər xəbərlər

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

Vəzifəsindən azad olunan polkovnikə yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

İlham Əliyev və Ramzan Kadırov Ağ Şəhərdə... - Foto

Kadırov buna görə İlham Əliyevə başsağlığı verdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla