Yuxarı

ABŞ İranın 5 tankerini məhv etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ İranın 5 tankerini məhv etdi

2026.09.08 23:49

ABŞ İranın neft tankerinə raket hücumu həyata keçirib.

Axar.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, hücum Xark adası yaxınlığında olub, tankerin vurulması nəticəsində insan itkisi olmayıb.

Qeyd edək ki, daha öncə İranın Cask şəhərində partlayış səsi eşidilib.

***

ABŞ Silahlı Qüvvələri İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Amerika hərbi gəmisinə ballistik raketlərlə hücum etmək istiqamətindəki iki cəhdindən sonra İranın beş xam neft tankerini məhv edib.

Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) bəyanatında bildirilib.

Qeyd olunub ki, iki gün ərzində İran hərbçiləri Amerika hərbi gəmisinə iki dəfə hücum edib, lakin gəmi raket zərbələrindən yayınmağı bacarıb və regionda patrul xidmətini davam etdirib. ABŞ hərbi qulluqçuları arasında xəsarət alan yoxdur.

Hücumlara cavab olaraq Amerika qüvvələri Oman körfəzində "M/T Kaviz", "M/T Charminar", "M/T Horizon 1" və "M/T Riesco" tankerlərini, həmçinin Xark adası yaxınlığında "M/T Derya" tankerini məhv edib. Zərbələr endirilməzdən əvvəl Amerika hərbçiləri heyətdən gəmiləri tərk etmələrini tələb edib, bundan sonra isə tankerlər sıradan çıxarılıb.

Daha əvvəl, sentyabrın 5-də SEPAH-ın ABŞ-nin təyyarədaşıyan gəmisinə və idarəolunan raket silahları ilə təchiz olunmuş esminesinə hücum cəhdindən sonra Amerika qüvvələri İranın üç neft tankerini məhv edib. CENTCOM-un məlumatına görə, SEPAH-ın ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinə hücum etmək istiqamətindəki bütün cəhdləri uğursuz olub.

Tarix
2026.09.09 / 07:48
Müəllif
Axar.az
Digər xəbərlər

İran Ermənistana xəbərdarlıq etdi

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda sözlərinizin nəticəsini anlayırsınız?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla