Yuxarı

"Qarabağa qanunsuz səfər edənlər təlimatlandırıldı"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Avronest Parlament Assambleyasında (Avronest PA) nümayəndə heyətinin rəhbəri Fuad Muradov Avropa Parlamentində (AP) səfərdə olub.

Axar.az xəbər verir ki, səfər zamanı Fuad Muradov Avronest PA-nın həmsədri, Yaşıllar siyasi qrupunun üzvü, almaniyalı deputat xanım Rebekka Harms ilə görüşüb. Görüşdə Avropa Parlamentinin üç deputatının Dağlıq Qarabağa qanunsuz səfəri və qeyri-leqal referendumda AP adından istifadə edərək qanunazidd müşahidəçilik etmələri və üstəlik bəyanat yaymaları, Avronest PA-da Azərbaycan nümayəndə heyətinin gələcək planları, AP ilə əlaqələrin möhkəmləndirilməsi perspektivləri və bu sahədə qarşıda duran çətinliklərin aradan qaldırılması yolları müzakirə edilib.

Fuad Muradov Prezident İlham Əliyevin Brüsselə fevraldakı səfərindən sonra Aİ ilə əlaqələrdə canlanma yarandığını, AP-də martın əvvəlində keçirilən konfransın da bunun davamı olduğunu diqqətə çatdırıb.

Xanım Harms AP deputatlarının bu cür saxta seçki müşahidələrində iştirakının Avropa Parlamentinin böyük hissəsi tərəfindən pislənildiyini və bunun gələcəkdə təkrarlanmaması üçün deputatların təlimatlandırıldığını bildirib. O, eyni zamanda, Azərbaycanın Avronest PA-da olmasının Azərbaycanın AP ilə əlaqələrində çox önəmli olduğunu qeyd edib.

Səfər zamanı Fuad Muradov AP-də Sosialistlər və Demokratların Tərəqqi Birliyinin siyasi qrupunun vitse-prezidenti Viktor Boştina (Rumıniya) ilə görüşüb.

Görüş zamanı Azərbaycan-Rumıniya əlaqələri, yeni enerji layihəsi, Sosialistlər siyasi qrupu ilə əməkdaşlıq, AP üzvlərinin işğal edilmiş ərazilərə qanunsuz səfərləri müzakirə olunub, AP-nin Azərbaycana daha çox diqqət ayırmasının vacibliyi qeyd edilib.

Viktor Boştinaru Aİ-nin enerji təchizatının müxtəlifliyinin əhəmiyyətindən danışıb, Dağlıq Qarabağdakı və keçmiş sovet ölkələrindəki digər münaqişələrin oxşar xarakterli olmaqla bərabər, eyni məqsədlərə xidmət etdiyini və bütün münaqişələrə eyni cür yanaşılmasının vacibliyini bildirib, Azərbaycan ilə AP-nin daha sıx əməkdaşlığının önəmini vurğulayıb.

Tarix
2017.03.22 / 19:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla