Yuxarı

Bundan sonra bu dillə danışacağıq – Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qənirə Paşayeva İstanbulda Böyükşəhər bələdiyyəsi və Türk Ədəbiyyatı Vəqfinin birlikdə təşkil etdiyi “Xocalı soyqırımının 25-ci ildönümü” adlı konfransda geniş məruzə ilə çıxış edib.

Axar.az xəbər verir ki, Əli Əmiri Əfəndi Mədəniyyət Mərkəzində şair Özcan Ünlünün sədrlik etdiyi konfransda millət vəkili ilə yanaşı, xalq şairi Sabir Rüstəmxanlı, yazar İmdad Avşar, Mədəniyyət Universitetinin dosenti Bəxtiyar Aslan da iştirak edib.

Konfransdan öncə Xocalıda yaşanan vəhşilikləri əks etdirən film nümayiş olunub.

S.Rüstəmxanlı çıxışında Qarabağın tarixindən və taleyindən bəhs edib.

B.Aslan Ərdahan bölgəsindəki erməni vəhşiliklərindən və ermənilər tərəfindən qətlə yetirilən türklərin kütləvi məzarlarından danışıb.

İmdad Avşar isə türklərin bu torpaqlarla bağının qoparılması siyasətinin yüz illərdir davam etdirildiyini bildirib.

Q.Paşayeva çıxışında türk dünyasına səslənərək Xocalı soyqırımı həqiqətlərinin yayılmasında səyləri artırmağa çağırıb:

“Xocalı soyqırımını törədənlər ədalət qarşısında cavab verməlidir. Biz Bu məsələni hər an dünya gündəmində saxlamaq üçün bu dövrün dili ilə danışacağıq. Bu dövrün dili isə kino, internet, virtual aləm, ədəbiyyat və sənətdir. Qarabağ həqiqətlərini və Xocalı soyqırımını bütün dünyaya çatdırmaq və cinayətkarların ədalət qarşısında cavab vermələri üçün hər imkandan istifadə etməli, ən azından bu faciəni vicdanlarda məhkum etdirən sənədli filmlər, kinolar artırılmalı, dünyanın bir çox dillərinə tərcümə edilərək yayılmalıdır”.

Tarix
2017.03.28 / 15:31
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycan üçün çox vacibdir - Uorlik

İrəvan Bakı və Tiflisdən daha təhlükəsizmiş – Numbeo

Saxta dəyərlərlə sülhə töhfə vermək olmaz - Bayramov

Litva ilə siyasi məsləhətləşmələr keçirildi

ABŞ separatçılara belə dəstək olur - Bəyanat

Tələbələr Xankəndidə Prezident və oğlunu belə qarşıladı - Video

Qarabağda sülhməramlıların ölümü: məhkəmə başlayır – Kreml

Suverenlik Günümüzü ilk bu ölkə təbrik etdi - Foto

Vardanyan Bakıdan cavab verdi - Paşinyan nə demişdi?

Evində tapılan kitab Qalstyanı "Azərbaycan casusu" etdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla