Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
24 Mart 2019


Avtomobil yollarının vahid dövlət reyestri yaradılacaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda hər bir avtomobil yolunun məlumat vərəqəsi olacaq.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabineti tərəfindən təsdiqlənən "Avtomobil yollarının vahid dövlət reyestrinin yaradılması və aparılması, habelə reyestrə daxil edilmiş məlumatların verilməsi Qaydası"nda əksini tapıb.

Nəqliyyat Nazirliyi tərəfindən yaradılacaq və aparılacaq avtomobil yollarının vahid dövlət reyestri mülkiyyət növündən və əhəmiyyətindən asılı olmayaraq, avtomobil yolları haqqında Azərbaycan dilində məlumatları əks etdirən dövlət informasiya ehtiyatıdır. Avtomobil yolu haqqında məlumatlar avtomobil yolunun məlumat vərəqəsi ilə bağlı müəyyən edilmiş qaydaya uyğun tərtib ediləcək. Bu məlumatlar sırasına avtomobil yolunun mülkiyyətçisi və sahibi, avtomobil yolunun adı, indeksi, ünvan reyestri məqsədləri üçün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilən nömrəsi və uzunluğu, avtomobil yolunun xəritəsi, avtomobil yolunun və onun sahələrinin avtomobil yolları təsnifatına uyğunluğu, avtomobil yolunun faktiki vəziyyəti, avtomobil yolunun tutduğu torpaq sahəsi, yol örtüyünün növü və vəziyyəti və yol nişanlarının dislokasiyası daxildir.

Reyestrin əsas bölməsi reyestrə daxil edilməsi üçün göndərilən məlumat vərəqələrinin qeydiyyatı jurnalı, reyestrdən çıxarışların qeydiyyatı jurnalı, məlumat xəritələrinin və yolun mülkiyyətçisi və sahibi tərəfindən təsdiq edilərək məlumat vərəqəsinə əlavə edilən surətlərin yerləşdiyi qovluqdan ibarətdir. Avtomobil yolları haqqında məlumatların yerləşdiyi hər bir qovluğa reyestr nömrəsi veriləcək.

Reyestrin arxiv bölməsinə isə avtomobil yolunun mülkiyyətçisi, sahibi tərəfindən təsdiq edilərək göndərilmiş məlumatlarda dəyişikliklər edilməsi nəticəsində aktuallığını itirmiş və bu səbəbdən reyestrin əsas bölməsindən arxiv bölməsinə köçürülməsi tələb olunan işlər daxildir. Arxiv bölməsinin hər bir qovluğuna reyestrin əsas bölməsindəki nömrəyə uyğun və "arxiv" sözü yazılmış nömrə veriləcək. Avtomobil yolları istismardan çıxarıldığı, bir neçə yerə bölündüyü və ya bir neçə yolun bir yol kimi birləşdirildiyi hallarda avtomobil yolunun köhnə indeks nömrələrinə uyğun qovluqlar bağlanılacaq və reyestr arxiv bölməsinə təhvil veriləcək. Reyestrin sənədləri daimi olaraq qorunmalıdır. Reyestrdən hər hansı bir sənədin götürülməsi və ya məhv edilməsi qadağandır. Reyestr qovluqlarının daimi saxlanılması üçün dövlət arxivlərinə verilməsi mövcud qanunvericiliyə uyğun aparılacaq.

Reyestr kənar şəxslərin daxil olması mümkün olmayan, məlumatların oğurlanmasının, korlanmasının, dəyişikliklər edilməsinin qarşısını almağa imkan verən xüsusi yerlərdə saxlanılacaq. Elektron daşıyıcılarda olan reyestr məlumatlarının itirilməsinin qarşısını almaq məqsədi Nəqliyyat Nazirliyi tərəfindən elektron daşıyıcılarda olan məlumatların ehtiyat surətləri yaradılır və xüsusi yerlərdə saxlanılmalıdır. Dövlət və kommersiya sirri təşkil edən məlumatlar istisna olmaqla, reyestrə daxil edilmiş digər məlumatlar Nəqliyyat Nazirliyi tərəfindən reyestrdən çıxarış hər bir maraqlı şəxsə qanunda nəzərdə tutulmuş qaydada veriləcək.

Tarix
2014.05.04 / 11:46
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

İmamquliyev icra başçısı vəzifəsinə namizəd oldu

ŞƏT-in baş katibi: Əliyevin rəhbərliyi ilə böyük nəticələr əldə edilir

Türk dünyasının gözü Nursultanda: ciddi proses gedir

Bakı-Nursultan münasibətləri necə olacaq? - Yeni dönəm

Ukraynada prezidentliyə namizəd niyə Moskvaya getdi?

Kasprşik Paşinyanla Qarabağı müzakirə etdi

Qərbi azərbaycanlıların lideri kimdir? – Sensasion açıqlama

İrəvan və Bakı razılığa gəlir - "Vaşinqton Post"

Balakəndə axtarışda olan şəxs saxlanıldı

ABŞ bir ölkənin torpağını digərinə “verirsə”... - Analitik

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla