Yuxarı

Nazir Devinlə tərəfdaşlıq sazişini müzakirə etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Xarici Siyasət Xidmətinin Rusiya, Şərq Tərəfdaşlığı, Mərkəzi Asiya və ATƏT üzrə direktoru Lyuk Devin ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, görüşdə Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin hazırkı səviyyəsi və əməkdaşlıq perspektivləri müzakirə edilib. Xüsusilə Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlıq sazişi üzrə rəsmi danışıqlar prosesinin başlanmasına dair geniş fikir mübadiləsi aparılıb.

Nazir E.Məmmədyarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Brüsselə səfərini xatırladıb, səfər əsnasında keçirilmiş görüşlərin və səsləndirilən bəyanatların Azərbaycan-Aİ əməkdaşlığının inkişafı üçün mühüm zəmin yaratdığını deyib.

L.Devin Bakıda saziş layihəsi üzrə aparılan danışıqların məhsuldar keçməsindən məmnunluğunu ifadə edib. Danışıqların tezliklə yekunlaşdırılması üçün görüşlər və video konfranslar vasitəsilə təmasların davam etdiriləcəyi bildirilib. O, həmçinin Avropa İttifaqı və Azərbaycan arasında ticarət və nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanların olduğunu vurğulayıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Elmar Məmmədyarov Aİ-nin Xarici və Təhlükəsizlik Siyasəti üzrə Qlobal Strategiyasında əks olunduğu kimi həlli uzaldılmış münaqişələrə münasibətdə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət prinsipi əsasında vahid mövqedən yanaşılmasının vacibliyini diqqətə çatdırıb.

Tarix
2017.04.26 / 19:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla