Yuxarı

Bakının silahından İrəvanda varsa, döyüşü niyə uduzdu? - Cerman

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əgər erməni tərəfinə Azərbaycanın aldığı silahlara bərabər silahlar və hərbi texnika verilirdisə o zaman nəyə görə erməni tərəfi döyüşü uduzdu?

Virtualaz.org xəbər verir ki, bu sualla Londonda mənzillənmiş analitik Treysi Cerman Ermənistanın “168 jam” qəzetinə açıqlamasında çıxış edib.

Onun sözlərinə görə, erməni tərəfinin Azərbaycanın ancaq İsraildən aldığı hərbi texnikada üstünlüyünün olduğu haqda dedikləri də həqiqətə uyğun deyil. Çünki Azərbaycana başqa miqyasda və keyfiyyətdə silah-texnika verirlər, Ermənistana isə başqa.

“Mən yada salıram ki, Ermənistan prezidenti Serj Sərkisyan ötən ilin aprel günlərində Berlində demişdi ki, erməni tərəfi 80-ci illərin silahları ilə döyüşür. Bu da mahiyyətcə o deməkdir ki, Rusiya Ermənistana ucuz qiymətə köhnə, işlənmiş texnika verir. Azərbaycana isə bazar qiymətlərinə ən yeni silahlar satılır. Azərbaycanın müdafiə qabiliyyətində əsas amil bax budur”-londonlu analitik deyib.

Treysi Cerman deyib ki, o, Rusiya ekspertlərinin Azərbaycana və Ermənistana silah təchizatı zamanı balansı gözlədiyi haqda dediklərinə inanmır. Rusiya yalnız ötən ilin aprel döyüşlərindən sonra boşluğu doldurmağa çalışdı və Ermənistana “İsgəndər”lər verdi. Müəyyən təşəbbüslər göstərdi.

Xatırladaq ki, aprelin 26-da Rusiyadan Azərbaycana gəmilərlə yeni silah və texnika gətirilib. Müdafiə Nazirliyi Rusiyadan gətirilən yeni silah-texnika partiyasından ancaq BTR-82A zirehli transportyorlarını nümayiş etdirib. Qalan silahların nədən ibarət olduğu açıqlanmayıb. Azərbaycanın Rusiyadan növbəti dəfə yeni silahlar alması Ermənistanda xeyli pərtlik yaradıb.

Tarix
2017.04.29 / 23:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Baydenin çıxışı aləmi bir-birinə qatdı

Kiyev yaxın günlərdə Rusiyaya zərbə endirəcək

Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla