Yuxarı

O dövrdə heç vaxt ağlımıza gəlməzdi ki... - Prezident

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bizim uğurlarımızı əldə edən idmançılar müstəqillik dövründə yetişiblər. Bir çoxları müstəqillik dövründə doğulublar, müstəqillik illərində bu nailiyyətlərə gəlib çıxıblar. Bu, bir daha onu göstərir ki, müstəqillik bizim ən böyük sərvətimizdir.

Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib. Prezident bildirib ki, bizim xalqımızın çox böyük tarixi var. Ancaq müstəqillik tariximiz müasir dövrdə o qədər də böyük deyil.

“Biz cəmi 25 ildir ki, müstəqil ölkə kimi yaşayırıq və idman sahəsində, iqtisadi, sosial və digər sahələrdə görün, nə qədər böyük uğurlar əldə etmişik. İdman isə ölkələrin gücünü, siyasətini göstərir, xalqların gücünü göstərir.

Sovet dövründə heç vaxt ağlımıza gələ bilməzdi ki, Azərbaycan idmançıları bu qədər medal qazanacaqlar, Olimpiya Oyunlarında bu qədər qələbələr qazanacaqlar, müsəlman aləmində birinci, Avropa ölkələri arasında ikinci olacaqlar. Bütün bunlar ancaq müstəqillik dövründə mümkün olub. Ona görə, bu qələbə bir daha onu deyir və göstərir ki, ancaq müstəqillik dövründə xalqımız uğurla inkişaf edə bilər. Ancaq taleyimiz öz əlimizdə olduğu təqdirdə Azərbaycan xalqı sürətlə inkişaf edə bilər”, - İlham Əliyev vurğulayıb.

Prezident qarşıdan gələn 28 May Müstəqillik Gününü də xatırladıb:

“Bir neçə gündən sonra Respublika Gününü qeyd edəcəyik. Bu qələbə əlbəttə ki, müstəqilliyimizə, müstəqilliyimizin möhkəmlənməsinə verilən növbəti töhfədir.

Eyni zamanda, biz mübarək Ramazan ayının başlaması ərəfəsindəyik. İslam Həmrəyliyi Oyunlarının Ramazan bayramının başlaması ərəfəsində başa çatması, Azərbaycan üçün böyük qələbə ilə sonuclanması hesab edirəm ki, təbiidir. Bu, təsadüfi deyil, bu, təbiidir”.

Tarix
2017.05.24 / 00:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

Paşinyan: Bakı ilə bu tarixdə sülh bağlayacağıq - Təcili

ABŞ Libbini niyə dərhal Şuşaya göndərdi? - Şok səbəb

İrəvanın təhlükəsizlik doktrinası dəyişdirilməlidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla