Yuxarı

Kəşfiyyat azərbaycanlının mağazasını alt-üst etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı aktivist Abbas Lisaninin Ərdəbildəki mağazasına basqın olub.

Axar.az “Gamac.info”ya istinadən xəbər verir ki, hücumu ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları təşkil ediblər. Hücumdan Lisani ailəsinin mayın 23-də səhər saatlarında xəbər tutub. Bundan sonra mağazaya polis çağırılıb və basqınla bağlı araşdırmalara başlanılıb.

Abbas Lisani sayta açıqlamasında mağazadakı əşyaların alt-üst edildiyini, amma heç nə oğurlanmadığını bildirib:

“Mağaza şəhərin izdihamlı meydanında, eyni halda Yol Polisi İdarəsinin 24 saat işləyən kamerasının qarşısında yerləşir. Belə bir yerdə qıfılı sındıraraq mağazaya daxil olmaq faktı bir az düşündürücüdür. Əgər bu oğurluq faktıdırsa, o zaman nə üçün mağazadan heç nə oğurlanmayıb?! Onlar çox rahat şəkildə hər yeri töküb-dağıdıblar, görəsən nə axtarırmışlar?! Mən bir vətəndaş kimi Polis İdarəsindən mağazaya girən şəxslərin ən qısa müddətdə tapılıb cəzalandırılmasını tələb edirəm. Həmçinin onların və ya təhrik edənlər varsa, hamısının bu işdə nə məqsəd güddükləri aydınlaşmalıdır. Əks halda polisin vətəndaşların təhlükəsizliyini qorumaq gücündə olmaması və ya bu qərəzli işin arxasında məhz polisin özünün dayandığı məlum olacaq”.

Tarix
2017.05.24 / 15:45
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

Yenə bizim olmayanları alaq, bizə hücum edilsin?

4 kəndin Azərbaycana qaytarılması... – Türkiyə səfiri

Sülhün imzalanmasına tezliklə nail olmaq üçün... - Peskov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla