Yuxarı

Dünya liderlərindən İlham Əliyevə - Məktub

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

18:41

Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təbrik məktubu göndərib.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

"Zati-aliləri.

Milli bayramınız olan Respublika Günü münasibətilə Sizə ən səmimi salamlarımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram. Qarşıdan gələn illərdə Azərbaycan xalqına xoşbəxtlik arzulayıram", - təbrikdə qeyd edilir.

***

İtaliya Respublikasının Prezidenti Sergio Mattarella Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təbrik məktubu ünvanlay.b.

"Hörmətli cənab Prezident.

İtaliya xalqı adından və öz adımdan dost Azərbaycan xalqına 28 May - Respublika Günü münasibətilə səmimi sülh və rifah arzularımı bildirirəm.

Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin tamam olduğu bir zamanda İtaliya və Azərbaycanı birləşdirən möhkəm əlaqələrin səviyyəsindən çox məmnunuq. Bu cür dostluq və əməkdaşlıq əlaqələri rəsmi və vətəndaş cəmiyyətləri arasında getdikcə daha davamlı şəkil alan münasibətlər sayəsində zənginləşir.

Ümid edirəm ki, ölkələrimiz arasındakı mövcud səmərəli əlaqələr gələcəkdə daha da dərinləşəcək və şaxələnəcək. Avropa İttifaqı ilə Azərbaycan arasında yeni tərəfdaşlıq Sazişinin yekunlaşması üçün göstərdiyimiz səylər ümumi maraqlarımıza aid mövzular barədə konstruktiv dialoq və iqtisadi-ticari sahədə əməkdaşlığımızın möhkəmləndirilməsi üçün səmərəli şərait yaradacaqdır.

Bu ümidlə Sizə və Azərbaycan xalqına cansağlığı arzu edirəm", - təbrikdə deyilir.

***

Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Zati-aliləri.

Milli bayramınız - Respublika Günü münasibətilə Azərbaycan Hökumətinə və xalqına səmimi təbriklərimi çatdırmaqdan məmnunluğumu ifadə edirəm.

Pakistan Azərbaycan ilə ortaq etiqada əsaslanan münasibətlərə yüksək qiymət verir.

Ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, enerji və müdafiə sahələri də daxil olmaqla güclü və çoxtərəfli əməkdaşlıq hökumətlərimiz və xalqlarımız arasında möhkəm əlaqələrin təzahürüdür. Səmimi qəlbdən ümid edirəm ki, ikitərəfli münasibətlərimiz qardaş ölkələrimizin mənafeyi naminə daha da güclənəcək.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm", - təbrikdə deyilir.

20:03

Prezident İlham Əliyevi Azərbaycan Xal Cümhuriyyətinin yaranmasının 99-cu ildönümü ilə bağlı aşağıdakı liderlər təbrik edib: Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev, Hindistan Respublikasının Prezidenti Pranab Mukherci, İraq Respublikasının Prezidenti Fuad Məsum, Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymin, Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev, Roma Papası Fransis, İordaniyanın Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseyn.

Tarix
2017.05.24 / 20:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təşkilat bir adamın əlində alətə çevrilməməlidir

Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan

Əliyevi gözləyirik, Nikol isə gəlməlidir. Əgər gəlməsə…

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla