Yuxarı

Braziliya mediası da Azərbaycandan yazdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Braziliya mediası da Azərbaycandan yazdı

Braziliyanın “Embassy Brasilia” jurnalında Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən 28 May - Respublika Günü ilə bağlı keçirilmiş tədbirə həsr olunan məqalə dərc edilib.

Səfirlikdən Axar.az-a bildiriblər ki, ingilis və portuqal dillərində dərc olunan məqalədə səfir Elxan Poluxovun və Braziliya Konqresinin Deputatlar Palatasında Azərbaycan-Braziliya dostluq qrupunun sədri Klaudio Kajadonun çıxışlarına istinad edilərək, Azərbaycanın sivilizasiyaların və mədəniyyətlərin kəsişməsində yerləşdiyi, ölkənin tarixi, mədəniyyəti, müstəqilliyinin ilk illərində üzləşdiyi çətinliklər, ulu öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycanın bu çətinliklərin öhdəsindən gəldiyi, Prezident İlham Əliyevin ardıcıl və uzaqgörən siyasəti nəticəsində əldə edilmiş uğurlar haqqında məlumat verilir. Həmçinin Azərbaycan–Braziliya münasibətləri, xüsusilə ticarət dövriyyəsi, eləcə də Azərbaycanın iqtisadiyyatı, regional və qlobal layihələri haqqında məlumat oxuculara təqdim edilir.

Bundan əlavə, məqalədə son illərdə Azərbaycanda keçirilmiş beynəlxalq tədbirlər, xüsusilə birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula-1 yarışları haqqında da bəhs edilir.

Tarix
2017.06.06 / 02:10
Müəllif
Axar.az
Digər xəbərlər

AB-dən Ermənistana yaşıl işıq - Rusiyaya görə...

Almaniyadan Rusiyaya cavab: minlərlə raket göndərir

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla