Yuxarı

"Ermənistan mədənlərindən azərbaycanlıların səsləri eşidilir"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağın ermənilər tərəfindən işğal edilməsindən bu yana ən çox müzakirə edilən mövzularından biri də 4 min soydaşımızın döyüş əsnasında itməsi və ya da əsir düşməsidir. Hənsı ki, bu rəqəm da rəsmi qurumlar tərəfindən təsdiqlənib. Ermənistan tərəfi bu iddiaları hər nə qədər inkar etsə də, həqiqət heç vaxt gizlədilə bilməz.

Qaynarinfo-nun məlumatına görə, bunu Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksəl Gülbəy sosial şəbəkə hesabında yazıb.

O, azərbaycanlı əsirlərin yarıac, baxımsız vəziyyətdə Ermənistanın yeraltı mədənlərində çalışdırıldıqlarını və işgəncələrə məruz qaldıqlarını bildirib:

"Qonşu ölkələrdən birinin vətəndaşı işğal altında olan Azərbaycan torpaqlarına səfər edib. O, Zod kəndi yaxınlığında əraziləri gəzərkən qızıl mədənlərində yarıac, səfil vəziyyətdə işlədilən çoxlu sayda əsir insan gördüyünü və onların azərbaycanlı əsirlər olduğunu söyləyib. Bir müddət öncə Gürcüstandan Ermənistana səfər etmiş vətəndaşlar arasında da azərbaycanlı əsirlərin olması barədə söz-söhbət yayılmışdı".

"Rəsmi rəqəmlərə görə 4 min yurddaşımızın itkin düşməsi, heç bir məqsəd güdməyən adi insanların bu barədəki söyləntiləri bu məsələnin araşdırılması üçün kifayətdir", - deyən Göksel ATƏT-in Minsk Qrupunun fəaliyyətindən də narazılığı olduğunu ifadə edib. O, bu günə kimi Minsk Qrupu səlahiyyətlilərinin boş yerə maaş aldığını və gərəksiz yığıncaqlar təşkil etməkdən başqa heç bir şey etmədiklərini qeyd edib.

Tarix
2017.06.23 / 22:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla