Yuxarı

Britaniya parlamentindən Alxanlı faciəsinə - Münasibət

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Britaniya parlamentindən Alxanlı faciəsinə - Münasibət

İyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisini atəşə tutması, Quliyeva Sahibə və onun iki yaşlı nəvəsi Quliyeva Zəhranın həlak olması barədə Avropa Azərbaycan Cəmiyyətinin sorğusuna Böyük Britaniya Parlamentinin üzvləri - Lord Kilkluney, Baronessa Zahidə Mənsur, Mark Menzies münasibət bildiriblər.

Axar.az xəbər verir ki, Lord Kilkluney Alxanlı olayını sərt şəkildə tənqid edərək bunları deyib:

“Mən regionda dəfələrlə səfərdə olmuşam və münaqişənin həll yolunun diplomatik ola biləcəyindən əminəm. Təmas xəttində baş verən istənilən insan tələfatı təəssüf hissi doğurur. Lakin iki insanın ölümü ilə nəticələnən dinc sakinlərin qəsdən hədəfə alınması mənfur hərəkətdir”.

Baronessa Zahidə Mənsur istənilən insan tələfatının faciə olduğunu, azyaşlı uşağın qətlə yetirilməsinin isə dözülməz olduğunu bildirib.

Mark Menzies ermənilərin regionda sülh danışıqlarını pozduğunu vurğulayıb:

“Regionda yaşayan insanların böyük əksəriyyəti münaqişənin sülh yolu ilə həllini istəyir. İki yaşlı uşağın və onun nənəsinin qətlə yetirilməsi sülh danışıqların pozulmasına yönəlmiş bir addımdır”.

Tarix
2017.07.06 / 17:26
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla