Yuxarı

"Bakının yanıdayıq və yanında da olacağıq"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ məsələsində hər zaman Azərbaycanın yanındayıq və olacağıq.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva ilə görüşündə Türkiyə Böyük Böyük Millət Məclisinin başqanı İsmail Qəhrəman deyib.

Millət vəkili Q.Paşayeva Türkiyənin Aksaray vilayətində Türkiyə Böyük Millət Məclisinin sədri İsmail Qəhrəmanla görüşüb. Birlik Vəqfinin Aksaray şöbəsinin açılışı çərçivəsində keçirilən görüş zamanı İsmayıl Qəhrəman deyib: “Hər zaman Azərbaycanın yanındayıq, Qarabağ problemi bizim də problemimizdir. Dünyanın gözü önündə böyük haqsızlıq edilir. Ortada bir işğal var. Azərbaycan torpaqları işğal olunub və təəssüf ki, bu işğal davam edir. Biz hər zaman Qarabağ məsələsində Azərbaycanın yanındayıq və yanında olacağıq”.
Q.Paşayeva bildirib ki, biz də hər zaman qardaş Türkiyənin yanındayıq: "Çünki Azərbaycanımızla yanaşı, qardaş Türkiyə də bizim üçün Vətəndir. Sevinciniz sevincimiz, kədəriniz kədərimizdir. Hər zaman Azərbaycanla bərabər Türkiyənin də güclənməsini istəyir və dua edirik. Çünki biz birlikdə bu çoğrafiyada üzüntü, kədər içində yaşayan, müxtəlif dövlətlərin ərazisində yaşayan milyonlarla qardaş-bacılarımız üçün ümid, pənah qapısıyıq.

Görüş zamanı millət vəkili Q.Paşayeva Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmana üzərində Qarabağ mötivləri olan qalstuk və “Qarabağ hekayələri” kitabını hədiyyə edib, Aksaraya Qarabağ Parkı və Xarıbülbül abidəsinin açılışında iştirak etmək üçün gəldiyini bildirib və Akşəhər bələdiyyəsinə təşəkkür edib.
İsmail Qəhrəman Türkiyənin müxtəlif bölgələrində Qarabağ parkları və abidələrinin açılmasının çox önəmli olduğunu xüsusi vurğulayıb.

Tarix
2017.07.22 / 20:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla