Yuxarı

Türkiyədə Xarı bülbülə abidə qoyuldu - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin qədim Aksaray vilayətində Qarabağ parkı və Xarı bülbül abidəsinin açılışı olub.

Axar.az xəbər verir ki, Qarabağ parkı və Xarı bülbül abiddəsinin açılışında minlərlə insan iştirak edib.

Şəhərin mərkəzində yerləşən və Aksarayın ən böyük parkı olan Qarabağ parkı millət vəkili Qənirə Paşayevanın təşəbbüsü və Aksaray bələdiyyə məclisinin qərarı ilə hazırlanıb. Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin Prezident yanında QHT-na Dəstək Şurasının dəstəyi ilə hazırlatdığı Xarı bülbül abidəsinin də açılışı olub. Tanınmış heykəltaraş Akif Əsgərov tərəfindən hazırlanan, Qarabağda bitən və bülbülə oxşayan Xarı bülbül çiçəyi abidəsinin üzərində Xocalı soyqırımı qurbanlarını əks etdirən fəryad edən ana təsviri, Xan qızı Xurşudbanu Natavanın, böyük şair Vaqifin rəsmləri, muğam üçlüyü, Qarabağın və Şuşanın tarixi yerləri öz əksini tapıb. “Qarabağ parkı” və “Xaribülbül” abidəsinin açılışında Azərbaycan və Türkiyə millət vəkilləri, Aksaray bələdiyyəsinin rəhbəri, QHT, media nümayəndələri və minlərlə yerli sakinlər iştirak edib.

Millət vəkili Q. Paşayeva bildirib ki, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün Türkiyənin bir çox şəhərlərində “Xocalı”, “Qarabağ” və s. adı ilə abidələr və parkların açılması ənənəsi davam edir. 30 000 kvm ərazini əhatə edən “Qarabağ parkı”nı gəzən bələdiyyə rəhbəri və qonaqlar zəngin, maraqlı güşələri olan tematik parkla yaxından tanış olub, Xarı bülbül abidəsini ziyarət ediblər. Möhtəşəm hazırlanmış abidənin önündə toplaşan qonaqlar Aksaray vilayətinin ən gözəl güşəsində təxminən bir ilə ərsəyə gələn Qarabağın parkının bundan sonra aksaraylıların ən çox ziyarət yerinə çevriləcəyi deyilib. Qarabağda günahsız insanlara edilən erməni zülmünün hər türkün yaddaşlarına həkk etməsi üçün, elə bu abidənin önündə yazılan məlumatları oxuması kifayət edəcəyi bildirilib.

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva çıxışında tədbir iştirakçılarına Qarabağ həqiqətləri və abidə ilə bağlı geniş məlumatlar verib, jurnalistlərin suallarını cavablandırıb. Abidənin hazırlanmasında dəstək göstərən və əməyi olan hər kəsə təşəkkürünü bildirib. Abidənin açılışından sonra Qarabağ parkının açılışı ilə bağlı “Qarabağdan Aksaraya könül körpüsü: Azərbaycan-Türkiyə Qardaşlıq Gecəsi” keçirilib. Azərbaycan və Türkiyənin dövlət himinin səslənməsiylə başlayan açılış mərasimində şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Aksaray bələdiyyəsinin rəhbəri Haluk Şahin Yazqı də çıxışında Qarabağın adını Aksaray vilayətində yaşatmağın qürurunu yaşadıqlarını deyib.

Parkın açılışından çıxış edən millət vəkili Qənirə Paşayeva ümumilli lider Heydər Əliyevin ifadə etidiyi kimi “Bir millət, iki dövlət” olan Azərbaycan və Türkiyə qardaşlığının atılan hər addımda, ərsəyə gələn bütün işlərdə özünü ortaya qoyduğunu deyib:

“Hər bir türk övladı həm də Qarabağlıdır. Siz nə qədər Qarabağlı olursanız, səsimizi dünyaya o qədər çox çatdıra bilərik. Axı o torpaqlarda günahsızca qətl edilən insanlar bizim qardaş, bacılarımızdı. Sabah qədim Ağdamımızın işğal olunduğu bir gündür və bizim hamımız üçün çox ağır bir gündür və birlikdə bu işğalların bitməsi üçün daha da çox çalışmalıyıq. Birliyimizi daha da gecləndirməliyik”.

Millət vəkili səhnədə 2 yaşlı Zəhranın şəklini göstərərək onun erməni faşistləri tərəfindən vəhşiçə öldürülməsindən də danışıb. Bu zülmə dünya birliyinin səssiz qaldığını deyib. Çıxışlarda bir daha bu zülümlərin yaşanmaması üçün gəncliyin Qarabağda baş verənləri yaddaşlarına yazmağın zəruriliyi dilə gətirilib, belə abidələr və parkalar Türkiyənin dörd bir yanında açılmalıdır deyilib:

“Biz birlikdə Azərbaycan və Türkiyəyə qarşı terror hadisələri, cinayətlər, işğallar həyata keçirənlərə qarşı mübarizəmizi daha da gücləndirməliyik, gücləndiririk və inşallah onların ədalət qarşısında cavab vermələrinə də nail olacağıq. Cənab prezident əsl qardaşlığın necə olduğunu hər kəsə göstərdi və dosta da düşmənə də çox önəmli mesaj oldu. Dədələrimiz birlik və bərabərlik içində bizə zəfərin yolunu göstərdi və yenə də birlik, bərabərliyimizi daha da gücləndirib zəfər qazanacağıq”.

O bildirib ki bu gün Türkiyədə bu cür tədbirlərimizin keçirilməsi çox önəmlidir.

“Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. İnşallah yaxın zamanlarda belə tədbirləri birlik və bərabərlik içində Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəl bölgələrimizdə də birlik və bərabərlik içində qeyd edək. İnanırıq ki, o gün uzaqda deyil. Bütün türk, müsəlman çoğrafiyasında yaşayan, bu gün acı və kədər içində olan qardaş-bacılarımıza dəstək olmalıyıq və mən sizi bu gün Qarabağda, Suriyada Bayırbucaqda, İraqda, Təlafərdə, Kərkükdə, Krımda, Axısxada harada əziyyət çəkən insanımız varsa, onlara hər zaman əlinizdən gələn köməyi əsirgəməməyə çağırıram. Allah insanımıza hər zaman hər yerdə yardımçı olsun”.

Millət vəkilinin, “biz bilirik ki, siz Aksaraylı olduğunuz qədər də Qarabağlısınız” çağırışına yüzlərlə insan bir ağızdan, “biz də Qarabağlıyıq”, - deyə cavab verib.

Rəsmi hissədən sonra “Qarabağdan Aksaraya könül körpüsü, Azərbaycan Türkiyə qardaşlıq gecəsi” keçirilib. Azərbaycan xalq musiqilərinin ifa olunduğu gecədə ölkəmizdən dəvət olunmuş sənətçilər Əməkdar artist Aybəniz Həşimova, gənc sənətçi Aynişan Quliyeva, musiqiçi İlham Əsgəroğlu və xanəndə Nicat Canıyev çıxış edib, “Qarabağ şikəstəsi”, “Çırpınırdı Qara dəniz” və s. çox sevilən musiqilər tamaşaçılarla birlikdə ifa olunub. Azərbaycan musiqiləri alqışlarla qarşılanıb. Gecənin sonunda millət vəkili Qənirə Paşayevaya Aksarayın Fəxri vətəndaşı adı və bununla bağlı bələdiyyə məclisinin qərarı təqdim olunub.

Tarix
2017.07.23 / 20:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla