Yuxarı

Mehriban xanıma dedim, gəlin, şəkil çəkdirək və şeyxə göndərin

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mehriban xanıma dedim, gəlin, şəkil çəkdirək və şeyxə göndərin

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi, Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərini və müşahidəçilərini, Yəhya Bakuvi beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.

Axar.az xəbər verir ki, görüş çərçivəsində İlham Əliyevlə Şeyxülislam Allahşükür Paşazadə arasında səmimi dialoq yaşanıb.

Həmin söhbəti təqdim edirik:

Şeyxülislam Allahşükür Paşazadə: Mən də sizə təşəkkürümü bildirmək istəyirəm. Bilirsiniz nəyi? Mədrəsə, Mir-i Ərəb mədrəsəsi, Siz ki, oraya getdiniz.

Prezident İlham Əliyev: Şəkil də çəkdirdik Sizin portretinizin fonunda. Mən Mehriban xanıma dedim, gəlin, şəkil çəkdirək və şeyxə göndərin. O şəkil ki, onun mədrəsəsində dostumuzla çəkdirdik.

Şeyxülislam Allahşükür Paşazadə: Şövkət Mirziyayevin babası da orada oxuyub.

Prezident İlham Əliyev: Bəli, şəkli var, sizin də şəkliniz.

Şeyxülislam Allahşükür Paşazadə: Bəli, mənim də şəklim var. Minnətdaram ki, Siz o milli-mənəvi dəyərlərə bir daha qiymət verdiniz. Əlbəttə, bu görüş bizim hamımızı çox sevindirdi. Bu, türk dövlətlərinin xüsusi bir görüşü idi.

Prezident İlham Əliyev: Belə tez-tez yığışırsınız.

Şeyxülislam Allahşükür Paşazadə: Bu görüşlərdə bir mülayimlik, bir mərhəmət var. Bu görüşlər türkdilli xalqları daha sıx birləşdirir.

Prezident İlham Əliyev: Təbii ki, indi türk dövlətlərinin müsəlman liderlərinin görüşləri müxtəlif ölkələrdə keçirilir və sıra ilə keçiriləcək. Amma bax, bu konfrans ki, keçirilir, bunu biz ənənəvi edə bilərik. Ənənəvi edə bilərik, ya hər il, ya iki ildən bir ki, bu, həm gözəl bir toplantı kimi, həm fikir mübadiləsi, həm müzakirə, həm də birliyin nümayişi olsun. Ona görə bu haqda da fikirləşin. Yenə də təşəbbüsü mən irəli sürürəm, sizdən də konkret təkliflər gözləyirəm.

Şeyxülislam Allahşükür Paşazadə: Minnətdarlığımızı bildiririk, çox sağ olun, bu qədər vaxtınızı bizə ayırdınız.

Prezident İlham Əliyev: Sağ olun.

Tarix
2026.09.15 / 17:06
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Ərəblər Azərbaycana dəstək bəyanatı yaydı

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

Çalışmışam ki, öz işimlə onu məyus etməyim - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla