Yuxarı

Bakı və Ankaranın Qarabağ hazırlığı: Nazirlər cəbhədə...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hərbi hazırlıqlarını genişləndirən Ermənistan Azərbaycanın ünvanına təhdidlərini durmadan artırır.

Bu sözləri Axar.az-a Baş nazirin birinci müavini Yaqub Eyyubov və Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun ötən gün cəbhəboyu zonaya səfərini şərh edən politoloq Tofiq Abbasov deyib.

Politoloq səfərin indiki dönəmdə böyük əhəmiyyətə malik olduğunu bildirib. Onun sözlərinə görə, ordu başda olmaqla Azərbaycanın müdafiə naziri, o cümlədən bütün müdafiə kompeksinə qulluq edən vəzifəlilərin hamısı hazırlıq vəziyyətindədir:

“Hərbi hazırlıqlarını genişləndirən Ermənistan Azərbaycanın ünvanına təhdidlərini durmadan artırır. Ermənistan bölgədə yeni risklər və təhlükəli cərəyanlar yaradır. Bu onu göstərir ki, bütün ətraf dövlətlərə qarşı ərazi iddialarını aktuallaşdıran Ermənistandan sülh məramını gözləmək əbəsdir. Zərərçəkmiş bir dövlət kimi Azərbaycanın bütün gücü və qabiliyyəti ilk növbədə ərazi bütövlüyünü bərpa etməyə, ölkəmizə qarşı olan təhdidləri dəf etməyə hesablanıb ki, Ermənistan təhlükəli oyunlara qol qoyarsa, onu tərkisilah etsin”.

Politoloq bu fonda Azərbaycanın BMT-nin sentyabrda Nyu Yorkda keçiriləcək sessiyasına hazırlıq gördüyünü və rəsmi Bakının cəbhədəki mövcud vəziyyətlə bağlı bütün beynəlxalq təşkilatları məlumatlandırdığını qeyd edib:

“Əlbəttə ki, Azərbaycanı dəstəkləyən dövlətlər var. Ermənistan tərəfindən Türkiyəyə də böyük təhdidlər var. Qardaş ölkə də öz sərhəd bölgəsində hazırlıqlarını görür. Bir halda ki, Azərbaycanla Türkiyə həmahəng fəaliyyət göstərir və bu quruculuq işlərinə, inteqrasiya layihələrinə böyük təhlükələr var, ona görə də Bakı və Ankara təhklükəsizliyin zəmanəti kimi çıxış edir”.

T.Abbasov deyib ki, Azərbaycanın rəhbər işçilərinin inspeksiya məqsədilə cəbhə bölgəsinə səfərləri bundan sonra da davam edəcək:

“Hazırda yoxlamalar gedir, koordinasiya işlərinin səviyyəsi müəyyən edilir və həllini gözləyən bütün məsələlərlə bağlı mühüm və lazımı qərarlar verilir”.

Tarix
2017.08.17 / 08:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyevi gözləyirik, Nikol isə gəlməlidir. Əgər gəlməsə…

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla