Yuxarı

Qarabağ məsələsində yeniliklər gözlənilir – Millət vəkili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş nazirin müavininin müdafiə naziri ilə birgə cəbhə bölgəsində olması o deməkdir ki, Azərbaycan istənilən halda öz ərazi bütövlüyünü təmin edəcək.

Bu barədə Axar.az-a Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev danışıb. Millət vəkili bildirib ki, hazırda ən əsas məsələ Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır:

“Baş nazirin müavininin müdafiə naziri ilə birgə cəbhə bölgəsində olması o deməkdir ki, Azərbaycan istənilən halda öz ərazi bütövlüyünü təmin edəcək. Rəsmi Bakı münaqişənin sülh yolu ilə həllində maraqlıdır. Ancaq İrəvan problemlər yaradır. Belə olan halda Azərbaycanın öz torpaqlarında anti-terror əməliyyatları keçirməyə hüququ var və bunu da edəcək. Azərbaycan prezidenti ordunun daha da gücləndirilməsinə çox böyük diqqət yetirir. Rəsmi Bakı bununla yanaşı, danışıqlar prosesi üzərində də mühüm işlər görür. Hər bir halda Azərbaycan üçün birinci əsas məsələ işğalçı erməni birləşmələrinin torpaqlarımızdan çıxmasıdır. Bu, asan məsələ deyil, ancaq işlər gedir”.

Millət vəkili vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi yolunda beynəlxalq hüquqla bərabər, ölkə başçısının şəxsi hüququ da öz sözünü deyir:

“Çox da uzaq olmayan dönəmdə bu istiqamətdə yeniliklər gözləniləndir”.

Tarix
2017.08.17 / 09:07
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla