Yuxarı

İran öz dəmir yolunu Azərbaycana birləşdirir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran öz dəmir yolunu Azərbaycana birləşdirir

Miyanə-Ərdəbil-Muğan (Parsabad, Germi və Biləsuvar) dəmir yolu xəttinin gələcəkdə Azərbaycanın dəmir yolu xəttinə birləşdirilməsi nəzərdə tutulub.

Bunu Ərdəbil əyalətinin başçısı Məcid Xudabəxş bu gün azərbaycanlı jurnalistlərlə görüşündə deyib.

M.Xudabəxş bildirib ki, Miyanə-Ərdəbil-Muğan bölgəsi dəmir yolu layihəsinin icrasına bir neçə ildir ki başlanılıb: "İndiyə kimi bu layihənin icrasına 300 milyard tümən (117 milyon dollar) investisiya qoylub. Bu layihə bizim milli layihələrimizdəndir".

O, əlavə edib ki, Miyanədən Ərdəbil istiqamətində Xalxal şəhəri yaxınlığında dəmir yolunun çəkilməsi üçün çoxlu körpü tikilməli və tunellər qazılmalıdır. Tunellərin uzunluğu 23 kilometrdir: "İş ağır olduğuna görə işlər Miyanə-Ərdəbil istiqamətində bir az ləng gedir. Layihənin yeni podratçısı bəllidir və bu layihəni sərmayə yatırmaq yolu ilə davam etdirməyi planlaşdırırıq. Dəmir yolunun Ərdəbildən Parsabad şəhərinə kimi olan hissəsinin tikintisinə ikinci mərhələdə başlanacaq və Azərbaycanın dəmir yoluna birləşdiriləcək".

Qeyd edək ki, Şimal-Cənub beynəlxalq dəhlizi çərçivəsində də hazırda Qəzvin-Rəşt-Astara (İran) - Astara(Azərbaycan) dəmir yolunun tikintisi davam etdirilir və İranın dəmir yolu bu vasitə ilə Azərbaycan dəmir yoluna birləşəcək. Bu dəmir yolu layihəsinin 2015-ci ilin əvvəllərində başa çatacağı ehtimal olunur. /Trend/

Tarix
2014.06.03 / 20:19
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev yeni baş naziri təbrik etdi

AZAL təyyarəsi ilə bağlı mühüm açıqlama

Bu ölkə Bakıda səfirlik açacaq

Azərbaycanla Ermənistan arasında sülh artıq baş tutub

İlham Əliyev Estoniyanın XİN rəhbərini qəbul etdi

Baş bankir Ramiz Mehdiyevin ailə bankından danışdı

Azərbaycandan Ermənistana boru kəməri çəkiləcək

Azərbaycan ərazisinin Naxçıvanla birləşməsi... - Əsədov

Prezidentdən Yaqub Eyyubovla bağlı sərəncam

Azərbaycan təyyarəsi İrəvanda!

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla