Yuxarı

AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşı aviaşirkəti seçildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşı aviaşirkəti seçildi - Foto

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları 2026-cı il “World Airline Awards” mükafatları çərçivəsində “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb. Beynəlxalq hava nəqliyyatı reytinq təşkilatı “Skytrax”ın təşkil etdiyi mərasim 18 sentyabr 2026-cı il tarixində Londondakı “The Langham” hotelində keçirilib.

Axar.az xəbər verir ki, mükafat aviaşirkətin donanmanın modernləşdirilməsi, marşrut şəbəkəsinin genişləndirilməsi və xidmətlərin təkmilləşdirilməsi vasitəsilə sərnişin təcrübəsini yaxşılaşdırmaq istiqamətində davamlı səylərinin göstəricisidir.

“Skytrax”ın baş icraçı direktoru Edvard Pleysted bildirib: “Azərbaycan Hava Yolları Mərkəzi Asiya və MDB-də regional aviaşirkət xidmətləri sahəsində nümunəvi mövqeyini möhkəmləndirib. Bu mükafat aviaşirkətin donanmasını və marşrut şəbəkəsini genişləndirməklə, eləcə də xidmət keyfiyyətini yüksəltməklə davamlı inkişafa sadiqliyini nümayiş etdirir”.

Azərbaycan Hava Yollarının İdarə Heyətinin sədri Samir Rzayev qeyd edib:

“Bu uğur hər gün fədakar əməyi ilə sərnişinlərimizin səyahət təcrübəsini formalaşdıran əməkdaşlarımıza məxsusdur. Bu həm də sərnişinlərin “Azərbaycan Hava Yolları”na göstərdiyi etimadın ifadəsidir. Yeni təyyarələrə investisiya yatırarkən, marşrut şəbəkəmizi genişləndirərkən və xidmətlərimizi təkmilləşdirərkən əsas diqqətimizi hər bir səyahəti daha təhlükəsiz, daha rahat və daha əlverişli etməyə yönəldirik. Bu mükafatı almaqdan qürur duyur və göstərilən etimadı bundan sonra da doğrultmaq üçün böyük əzmlə çalışırıq”.

Ölkənin milli aviadaşıyıcısı Azərbaycanın beynəlxalq bazarlarla əlaqələrinin qurulmasında rolunu gücləndirməyə davam edir. Aviaşirkətin inkişaf prioritetləri donanmanın yenilənməsi və marşrut şəbəkəsinin genişləndirilməsi ilə yanaşı, təyyarə göyərtəsində göstərilən xidmətlərin və rəqəmsal alətlərin təkmilləşdirilməsini də əhatə edir. Bu, sərnişinlərə daha geniş seçim imkanları və səyahətin bütün mərhələlərində daha rahat təcrübə təqdim edir.

Tarix
2026.09.18 / 18:15
Müəllif
Axar.az
Digər xəbərlər

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla