Yuxarı

Qız uşaqları bətndəcə məhv edilir – Təhlükə...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qız uşaqları bətndəcə məhv edilir – Təhlükə...

Xəbər verdiyimiz kimi, bu ilin 7 ayında doğulan uşaqların 53,4 faizini oğlanlar, 46,6 faizini isə qızlar təşkil edib. Göstəricilər arasında böyük fərqin olması isə ciddi narahatlıq doğurur.

Bu mövzuda Axar.az-a danışan sosioloq Üzeyir Şəfiyev bildirib ki, Azərbaycan cəmiyyəti üçün oğlan uşaqlarının çox olması həmişə xarakterik olub:

“Azərbaycan cəmiyyəti ənənəvi kişimərkəzli cəmiyyət olub. Burada bir qədər ənənələr rol oynayır və həmişə oğlan uşaqlarına bir neçə səbəbdən üstünlük verilib. Bizim cəmiyyətdə ailənin məsuliyyətinin daha çox kişinin üzərində olduğu düşünülüb. Hətta buna bizim arxetiplərimiz və din də şərait yaradıb. Çünki islamda da oğlan uşaqlarına üstünlük verilirdi.

Bəli, saylar arasındakı fərq əsasən selektiv abortlarla bağlıdır. Bəzi hallarda biz selektiv abort statistikası üzrə hətta Çini də üstələyirik. Bu artıq mühafizəkar cəmiyyətin ənənələrindən irəli gələn məsələdir”.

Sosioloqun sözlərinə görə, adətən 30 yaşa qədər oğlan və qız uşaqlarının doğum sayında ciddi fərq olur:

“Lakin bu yaşdan sonra sayca qadınlar kişiləri üstələyir. Çünki oğlan uşaqlarının sağqalma göstəricisi qız uşaqlarına nisbətən azdır.

Yol qəzalarını və digər halları nəzərə alaraq deyə bilərəm ki, daha çox oğlanlar həyatını itirir. Bu reallıq gətirib elə bir nəticəyə çıxarır ki, 30 yaşdan sonra kişilərin sayı azalmağa başlayır. Beləliklə, qadınların sayı kişilərə nisbətən çoxalır və bu balans əvvəlki vəziyyətinə qayıdır. Bununla da təhdid yox olur.

Düşünürəm ki, sözügedən statistika hələlik təhlükə yaratmır. Ancaq bu statistika tendensiyaya çevrilərsə, yaxın və orta perspektivdə təhlükə yarana bilər. Yəni Azərbaycanda qız qıtlığı yaranarsa, kişilərimiz məcbur olub, başqa millətdən qadınlarla ailə quracaqlar”.

Məqalə Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə “gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanıb.

Tarix
2026.09.18 / 11:02
Müəllif
Ləman Rüfət
Digər xəbərlər

Şimali Makedoniya prezidenti İlham Əliyevə zəng etdi

İrəvan anlamalıdır ki, sülhdən başqa alternativi yoxdur...

Kobaxidze Azərbaycana gəlir

Türkiyənin 31 vətəndaşı "arzuolunmaz şəxs" elan edildi

Bu halda Türkiyə ilə sərhəd açılmayacaq - Adamyan

Azərbaycanlı çoban Ermənistana keçdi

Bakıda Azərbaycan-AB Biznes Forumu keçirilir

Ermənistanın aldığı qırıcı nələrə qadirdir?

Təcili: Ermənistan bu ölkədən bu qırıcıları aldı - Video

Türkiyə-Azərbaycan gərginliyini kim yaradır? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla