Yuxarı

Şeyx: "Get filankəsin başını kəs"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şeyx: "Get filankəsin başını kəs"

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə ölkənin din xadimlərinə müraciət edərək, radikal dini qruplaşmaların basqısından qorxmamağa çağırıb.

Bu gün QMİ nəzdində təkmilləşdirmə kurslarının ilkin mərhələsinin yekunları ilə bağlı tədbirdə çıxışı zamanı A.Paşazadə bildirib ki, əsl dindarlar ayıq-sayıq olmalıdırlar.

Şeyx əvvəlcə mətbuatdan din xadimləri ilə bağlı yazılanlara etirazını bildirib: "Mətbuatda dinin birtərəfli qaydada təbliği gedir. Telekanallarda pirlərdən, falçılıqdan və digər eybəcərlikdən danışılır. Amma media pisliklərlə yanaşı, yaxşılığı da deməlidir. Mən demirəm pislikdən yazmayın. Yazın. Amma bunun yaxşı olanları da var axı".

Şeyx mətbuatda dinin pis tərəfdən təbliğinə səbəb olan dindarlardan da danışaraq, dindarları onlara qarşı mübarizə aparmağa çağırıb: "Ölkədə din xadimi adı ilə təhlükəli, saxta adamlar peyda olub ki, onlara din xadimi demək olmaz. Əsl dindarlar haqqı söyləyərək onlara qarşı ayıq-sayıq olmalıdır. Siz çəkinməyin, bu gün hansısa vəhhabi, uzun saqqalı-filan ağzına gələni danışır. Hətta şiələr arasında da radikallıq nümayiş etdirənlər var. Məsələn, fətva verir ki, get filankəsin başını kəs. Belə hala qarşı qorxmayın, əksinə, haqqın tərəfində olaraq onlara imkan verməyin".

Şeyx din xadimlərinə çıxışlarında yalnız haqqı söyləməyi məsləhət görüb: "Sizə çağırış edirəm, din xadimləri dini radikallığa qarşı konkret mövqelərini ifadə etməlidirlər" /APA/.

Tarix
2014.06.06 / 15:26
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramovdan TRİPP layihəsi ilə bağlı mühüm açıqlama

SOCAR-ın YDM-lərindən istifadə edirəm – ATƏT sədri

ATƏT məkanında qeyri-sabit vəziyyət hökm sürür...

İranla əlaqəli şəbəkələr onlardan Bakıya qarşı istifadə edir

Bayramov ATƏT sədri ilə görüşdü

Bakı dərhal hərəkətə keçdi, İsrail prosesi dayandırdı

Ermənistanın İrana ərazi iddiası... - Erməni deputat

Türkiyənin olmadığı masada… - Hikmət Hacıyev

ATƏT-in sədri Azərbaycana gəldi - Foto

Türk gəmisi vuruldu: 22 ekipaj üzvü...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla