Yuxarı

Xəzərin hüquqi statusu müzakirə edildi - Fotolar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 21-də Moskvada Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyanın hazırlanması üzrə xüsusi işçi qrupun 34-cü iclası keçirilib.

"Axar.az"ın xəbərinə görə, Azərbaycanı tədbirdə xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib. Tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu iştirak edib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov tədbiri açaraq bildirib ki, Xəzəryanı region Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran üçün həyati vacib maraqlar zonasıdır. Bu ölkələrin milyonlarla sakinin rifahı Xəzərdə vəziyyətin inkişafından asılıdır. 2011-2012-ci illərdə neftlə çirklənmə halları zamanı regional hazırlıq, qarşılıqlı fəaliyyət və əməkdaşlıq, Xəzər dənizinin yerüstü mənbələrdən çirklənməsindən müdafiəsinə dair protokollar imzalanıb. Xəzərin dəniz mühitinin mühafizəsinə dair Tehran Konvensiyasına əlavələrin, hidrometeorologiya, Xəzərin bioloji ehtiyatlarının qorunub saxlanması və rasional istifadəsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması haqqında sazişlərin hazırlanması, habelə Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında 2010-cu ildə imzalanmış Sazişin ratifikasiyasına hazırlıq işləri başa çatmaq üzrədir. S.Lavrov deyib: "Əminik ki, 2010-cu ildə Bakı Sammitində dövlət başçılarının qəbul etdikləri qərarların həyata keçirilməsi üzrə görülən işlər gələn il Həştərxanda keçiriləcək 4-cü Xəzər Sammitinə hazırlığa başlamağa imkan verir. Ölkələrimizin liderləri əvvəl əldə olunmuş razılaşmaların həyata keçirilməsinin vəziyyətini hərtərəfli təhlil edəcək, regional sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsinin gələcək prioritetlərini təsdiq edəcəklər".

Rusiyanın xarici işlər naziri vurğulayıb ki, Bakı Sammitinin qərarında Xəzər təkinin bölünməsi ilə bağlı məsələnin nizama salınmasına vahid yanaşma əksini tapıb. Xüsusi işçi qrupu bu cür yanaşmanın həyata keçirilməsi metodlarının təfsilatlarını beynəlxalq hüquq normalarını, o cümlədən sərbəst gəmiçilik rejimi ilə əlaqədar normaları nəzərə almaqla müzakirə edəcəkdir. S.Lavrovun fikrincə, Xəzəryanı dövlətlər üçün Xəzər dənizinin biomüxtəlifliyinin, ilk növbədə nərə balığı növlərinin qorunub saxlanması da öncül məsələlərdəndir.

S.Lavrov yaxın aylar ərzində Həştərxan zirvə görüşünün gündəliyini razılaşdırmaq və bu işin ilkin yekunlarını Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin gələn ilin yazında Moskvada keçiriləcək konfransında müzakirə etmək təklifini irəli sürüb.

Tarix
2013.11.21 / 18:11
Müəllif
Axar.az
Digər xəbərlər

Baş nazir Milli Məclisdə hesabat verir

Milli Məclisin iclası başladı: Baş nazir hesabat verəcək

Bu ölkələr Bakı və İrəvanın addımını alqışladı

Britaniya Azərbaycana ilk dəfə attaşe təyin etdi - Foto

Trampın xüsusi elçisi Moskvadan Bakıya gəldi - KİV

Putinin atəşkəs şərtləri: Ukrayna nələri itirəcək?

BMT İrəvanın Vardanyan iddiasını rədd etdi

Putin-Tramp danışıqlarında “görünməyən” şəxs...

İrəvan tələbləri qəbul etdi: amma hər şey bitmədi…

Bakı və İrəvanın razılaşması Trampın şüarı ilə şərh edildi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla