Yuxarı

Türkiyə-Ermənistan dəmir yolu istifadəyə verilir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə-Ermənistan dəmir yolu istifadəyə verilir

"Qars-Gümrü dəmir yolu qatarların hərəkət etməsi üçün artıq hazır vəziyyətdədir".

Axar.az xəbər verir ki, bu açıqlama ilə "Cənubi Qafqaz Dəmir Yolları"nın direktoru Viktor Rebets çıxış edib. Onun sözlərinə görə, bu dəmir yolundan istifadə olduqca zəruridir:

"Bir neçə il öncə sərhəd məntəqəsində Qars-Gümrü dəmir yolunun bərpası işlərinə başlamışdıq. Artıq bu işlər yekunlaşıb və qatarların hərəkət etməsi üçün hazır vəziyyətə gətirilib. Dəmir yolunun açılması yalnız Ermənistan-Türkiyə arasında siyasi qərardan sonra əldə edilə bilər. Mənim fikrimcə, buna tələbat var və olduqca zəruridir".

Ermənistan və Türkiyəni birləşdirən Qars-Gümrü dəmir yolu Rusiya imperiyası zamanı inşa edilib. 1961-ci ildə SSRİ və Türkiyə arasında daşınma ilə bağlı saziş imzalanıb. Lakin 1993-cü ildə Türkiyə Ermənistan ilə sərhədlərini bağladıqdan sonra bu dəmir yolu vasitəsinin istifadəsi dayandırılıb.

Qeyd edək ki, "Cənubi Qafqaz Dəmir Yolları" "Rusiya dəmir yolları" şirkətinin törəməsidir və Ermənistanda dəmir yolları infrastrukturunun inkişafı ilə məşğuldur.

Tarix
2014.06.11 / 12:20
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla