Yuxarı

Yeni həmsədrdən Qarabağ açıqlaması: 6 bənd və Sərkisyanın...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səfir Riçard Hoqlanda və onun ATƏT-in Minsk Qrupunda ABŞ-ın həmsədri kimi gördüyü işlərə böyük hörmətlə yanaşıram.

Bu sözləri ATƏT-in Minsk Qrupunun yeni həmsədri Endryu Şofer Axar.az-ın keçmiş həmsədr Hoqlandın Qarabağ münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi 6 detalın təmsil etdiyi ölkənin mövqeyi olub-olmaması ilə bağlı suala cavabında deyib.

“Hoqland peşəkar diplomat və mənim yaxın dostumdur. Cənab Hoqlandın avqustun sonunda Dağlıq Qarabağ münaqişəsi haqda verdiyi açıqlama ABŞ-ın uzunmüddətli siyasətinin təkrarı kimi qiymətləndirilə bilər. ABŞ-ın Minsk Qrupu prosesinə möhkəm bağlı olduğunu və tərəflərə beynəlxalq hüquqa əsaslanan, Helsinki Yekun Aktını ehtiva edən uzunmüddətli sülh müqaviləsini müzakirə etməkdə kömək etdiyini burda nəzərinizə çatdırmaq istərdim”.

Qeyd edək ki, avqustun 24-də, ATƏT-in Misk Qrupunun həmsədri kimi fəaliyyətinin son günündə Riçard Hoqland Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün 6 elementi ictimaiyyətə açıqlamışdı. Bunların sırasında rəsmi Bakının nəzarətində olmayan sabiq Dağlıq Qarabağ Muxtar Vilayəti hüdudlarındakı ərazilərə müvəqqəti statusun verilməsi, Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilərin birmənalı olaraq Azərbaycanın nəzarətinə qaytarılması, Azərbaycan dövlətinin süverenliyinə və ərazi bütövlüyünə mütləq hörmət edilməli olduğu haqda bəndləri xüsusi vurğulamaq lazım gəlir. Həmçinin Riçard Hoqland qeyd etmişdi ki, Ermənistanla Dağlıq Qarabağ ərazisini birləşdirən təhlükəsiz dəhliz mövcud olmalıdır, lakin bu dəhliz bütün Laçın ərazisini əhatə etməməlidir.

Rəsmilər, ekspertlər və proses iştirakçıları Hoqlandın bu açıqlamasını ABŞ-ın Dağlıq Qarabağ mövqeyinin daha aydın və daha praqmatik formada üzə çıxdığı barədə rəyi formalaşarkən, Ermənistan bunu təkzib etməyə çalışdı. Bir-birinin ardınca təzadlı açıqlamalar verən Sərkisyan nəhayət, bu elementləri ABŞ-ın deyil, artıq istefada olan səfir Hoqlandın mövqeyi kimi qələmə verməyə çalışdı: “Hoqland artıq istefadadır. Onun heç bir qurumdan asılı olmadan, öz şəxsi fikir və maraqlarını dilə gətirmək şansı yaranıb və o, bu şansdan istifadə edir. Bu haqda 10 ildən çoxdur ki, həmsədr ölkələri də, biz də danışmışıq. Bu, sadəcə olaraq məsələyə ümumi yanaşmadır. Hər şeyi sənədlər üzərində sübuta yetirmək lazımdır – günlərlə, aylarla, illərlə. Çünki sənəd üzərində hər bir nöqtənin, hər bir vergülün böyük əhəmiyyəti var”.

Tarix
2017.09.20 / 20:27
Müəllif
Rəfiqə Əlisafa
Şərhlər
Digər xəbərlər

Delimitasiya prosesi tez aparılmalıdır - Paşinyan

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

Qubad İbadoğlu ilə bağlı yeni qərar verildi

Bakı-Sumqayıt qatarını daşa basanlar müəyyən edildi

Hərbi vəzifəlilər təlim toplanışına cəlb olundu - MN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla