Yuxarı

Son dərəcə qanlı proseslər başlaya bilər - Analitik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə sərhəd bölgələrdə təhlükəsizliyin təmin edilməsi məqsədi ilə müəyyən hərbi əməliyyatlar keçirəcək.

Bu sözləri Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu deyib. O bildirib ki, rəsmi Ankara kürd referendumu ilə bağlı məsələlərdə güzəştə getmək niyyətində deyil:

“Bu məsələdə Türkiyənin İranla mövqelərini uzlaşdırmasının şahidi olmaqdayıq. Ümumiyyətlə, kürdlərlə bağlı məsələdə bölgə ölkələrinin –həm Türkiyə, həm İran, həm də ərəb ölkələrinin mövqeləri uzlaşır və bu, əslində, referendum keçirilsə belə, onun nəticələrinin istər hüquqi, istərsə də faktiki olaraq təsdiqi məsələsinin son dərəcə ağrılı və qanlı keçəcəyinin göstəricisi hesab oluna bilər”.

Analitik vurğulayıb ki, referendum ərəfəsində İran Türkiyəyə aktiv şəkildə dəstək olur:

“Ankara ilə paralel olaraq Tehran da öz təzyiqlərini artırmaqdadır. İraq prezidentinin impiçment məsələsi, eləcə də ölkə parlamentinin muxtar bölgəyə mümkün hərbi müdaxilə ilə bağlı müzakirələr keçirməsi və müvafiq qərar qəbul etməsi birmənalı şəkildə Tehranın Bağdada təzyiqləri artırması və daha radikal mövqe sərgiləməyə vadar etməsi kimi qiymətləndirilməlidir”.

Qeyd edək ki, İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani sentyabrın 25-də müstəqillik referendumu keçiriləcəyini açıqlayıb. Türkiyə, İran, Amerika Birləşmiş Ştatları (ABŞ), Avropa Birliyi, Böyük Britaniya və daha bir neçə ölkə referenduma qarşı olduqlarını bildiriblər.

Tarix
2017.09.22 / 08:00
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla