Ana səhifə Gündəm |
Rusiya Prezidenti Vladimir Putin 20 il öncə olanları da çox yaxşı xatırlayır.
Axar.az xəbər verir ki, bunu Putin haqqında “Zabaykalskiy raboçiy” qəzetinə müsahibəsində “Exo Moskva” radiosunun baş redaktoru Aleksey Venediktov söyləyib.
“Bir müddət öncə mən Putindən müsahibə istədim. O, çox təəccübləndi və dedi: “Mən ki sənə 20 il əvvəl müsahibə vermişəm. Erməni tankları haqqında”. 20 il keçib, Putin isə bunu detallarına qədər xatarlayır. Məsələ belə olub. 1990-cı illərin sonu idi. O zaman maraqlı xəbərlərin olmadığı dövrdü, efir isə boş qalmamalı idi. Biz qonaq axtarırdıq ki, studiyaya gəlsin. Bu zaman bizə mesaj gəlir ki, Prezident Boris Yeltsin Vladimir Putinə Murmanska yenidən bərpa üçün göndərilən tankların Dağlıq Qarabağda necə peyda olmasının araşdırılmasını tapşırıb. Mən deyirəm: Gəlin bu adama zəng edək. Onun soyadı nə idi? Putin. Ona zəng edin”. Mən özüm ona zəng edirəm. Məni onunla birləşdirirlər və mən deyirəm: “Siz bizə şərh verə bilərsinizmi?” O isə cavab verir: “Harada və nə vaxt?” Daha sonra mən 1-2 saat sonra görüşməyimiz gərəkdiyini deyirəm. O isə gələcəyini, amma hər şeyi danışmayacağını bildirir.
Putin həqiqətən gəldi. Bizdə hələ də bu efirin səsyazısı, onunla fotomuz ofisdədir. Maraqlı olan odur ki, o, bu tarixi detallarına qədər xatırlayır”, – deyə o bildirib.
Tarix
2017.09.22 / 09:31
|
Müəllif
İlkin Həsənov
|