Yuxarı

Əliyevin çıxışından ruhlanan qazilər cəbhəyə getdi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidentinin BMT-dəki qətiyyətli çıxışından ruhlanan müharibə veteranları və qazilər cəbhə bölgələrinə səfər ediblər.

Axar.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 72-ci sessiyasının açılışındakı çıxışı Qarabağ müharibəsi veteranlarının, döyüşlərdə sağlamlıqlarını itirən qazilərin və şəhid ailələri üzvlərinin işğal edilmiş torpaqlarımızın tezliklə azad ediləcəyinə inamını daha da artırıb.

Hacıqabul və Bərdə rayonlarından olan bir qrup keçmiş döyüşçü cəbhə bölgələrinə səfər edib.
Ali Baş Komandanın BMT kürsüsündən cəsarətlə səsləndirdiyi "Ermənistanın hərbi təxribatı davam edərsə, ölkəmiz BMT-nin xartiyasına uyğun olaraq öz vətəndaşlarını qoruyacaq və lazım gələrsə, təcavüzkar 2016-cı ilin aprelində olduğu kimi yenidən cəzalandırılacaq" fikrini bayraq edən ordudan tərxis olunmuş Vətən övladları döyüş mövqelərində olub, şəxsi heyətlə görüşüb və aprel zəfərini təzələməyə hər an hazır olduqlarını bildiriblər.

Atası və qardaşı ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan Razi Süleymanov, şəhid qardaşı, Kəlbəcər uğrunda döyüşlərin iştirakçısı Rizvan Qasımov, Qarabağ müharibəsi əlilləri Məmməd Əhmədov, İntiqam Abdulov, Çernobıl veteranı Bəylər Qarayev, aprel döyüşlərində göstərdiyi igidliyə görə yeni təsis edilmiş Azərbaycan Respublikasının "Şücaətə görə" medalına layiq görülmüş Rizvan Qarayev və başqaları möhtərəm Prezidentimizin bu çıxışının nəinki ordu üçün, eləcə də Qarabağ müharibəsinin hər bir veteranı, qazisi və ehtiyatda olan bütün hərbi qulluqçular üçün də əmr olduğunu qeyd ediblər.

Qonaqlar ön səngərdə əsgərlərin xidmət şəraiti, onların istifadəsində olan silah, texnika və döyüş vasitələri ilə tanış olub, şəxsi heyətin döyüş ruhunun, vətənpərvərlik hissinin yüksəkliyinin şahidi olub, onlarla bir yerdə nahar edib, xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya hədiyyələr təqdim ediblər.

Veteranlar düşmənlə təmas xəttində xidmət keçən döyüşçüləri əmin ediblər ki, aprel döyüşləri yenidən təkrarlanacaqsa, onlar da xalqımıza qələbə sevinci bəxş edəcək igidlərin sıralarında olacaqlar.

Qrupu müşayiət edən Müdafiə Nazirliyinin zabiti Abdulla Qurbani ölkə rəhbərinin BMT-dəki çıxışından ruhlanaraq cəbhə bölgəsinə gəlmiş və səmimi söhbətləri, xatirələri və respublikamızın ərazi bütövlüyünün təmin olunmasına çağırışları ilə şəxsi heyətin mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsinə səy göstərən keçmiş döyüşçülərə minnətdarlıq etmiş və gənclərin vətənpərvərlik tərbiyəsində, orduya hazırlanmasında bundan sonra da onlara uğurlar arzulayıb.

Görüşlər digər hərbi hissələrdə də davam edib.

Tarix
2017.09.25 / 18:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla