Yuxarı

Zakir Həsənov Silahlı Qüvvələri təbrik etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zakir Həsənov Silahlı Qüvvələri təbrik etdi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov 15 iyun - Milli Qurtuluş Günü münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Zakir Həsənovun təbrik məktubunda bildirilir ki, dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin fədakarlığı və apardığı uğurlu siyasət nəticəsində respublikamız öz varlığını qoruyub saxlayıb, onun müstəqilliyi daha da möhkəmlənib, ölkəmiz inkişaf etdirilərək, ordu quruculuğunda vahid komandanlıq prinsipi bərqərar olunub, Azərbaycan Respublikasının müstəqilliyinin daimiliyi, əbədiliyi və dönməzliyi təmin edilib.

Müdafiə nazirinin təbrikində qeyd olunur: "Ümummilli liderin layiqli davamçısı möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi altında müstəqilliyimizin siyasi və iqtisadi dayaqları möhkəmlənib, inkişaf tempinə görə respublikamız dünyanın ən dinamik inkişaf edən ölkələri sırasına yüksəlib, əhalinin maddi-sosial şəraiti daha da yaxşılaşıb və ölkəmizin müdafiə qüdrəti daha da artıb.

İnanıram ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə bundan sonra da sadiq qalacaq, döyüş və mənəvi-psixoloji hazırlıqda yeni-yeni uğurlar əldə edərək ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasına hər an hazır olacaqsınız.

Hər birinizə möhkəm cansağlığı uzun ömür, ailə səadəti və şərəfli xidmətinizdə müvəffəqiyyətlər arzulayıram".

Tarix
2014.06.14 / 14:20
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev onlara müraciət ünvanladı

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla