Yuxarı

“Əliyev Qərbə onları məmnun edəcək hər şeyi verib”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya sanksiyalara uğradıqdan sonra vəziyyəti ağırlaşıb və bölgənin ən mühüm dövləti olan Azərbaycana böyük ehtiyacı yaranıb".

Bu sözləri Axar.az-a politoloq Qabil Hüseynli Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozonun Bakı səfərinin nəticələrini şərh edərkən deyib. O, hər iki tərəfin Azərbaycanı öz yanında görmək istədiyini bildirib:

"Həqiqətən də Azərbaycan uğrunda ciddi mübarizə gedir. Hər bir tərəf Bakını öz yanında görmək istəyir. Azərbaycan isə elə bir xətt götürmək istəyir ki, burada tarazlaşdırılmış mövqe olsun. Məsələn, Azərbaycan Qərbə neftinə və digər enerji məhsullarına görə lazımdır. Əlbəttə, Qərbə Azərbaycanın tutduğu geosiyasi məkan da maraqlıdır. Bakı indiyə qədər Qərbə bacardığı şeyləri verib və bu da onları məmnun edib. Qərb həm də çalışır ki, Azərbaycan geostrateji baxımdan da onun yanında olsun. Amma onlar bizim problemlərə indiyə qədər başdansovdu yanaşıblar. Rusiya da ərazilərimizin işğalında, münaqişənin dondurulub hər iki tərəfə təsir üçün istifadə edilməsində iştirak edib. Amma son dövrlərdə tarixi şərait dəyişib. Rusiya sanksiyalara uğradıqdan sonra vəziyyəti ağırlaşıb və bölgənin ən mühüm dövləti olan Azərbaycana böyük ehtiyacı yaranıb, vəziyyəti qoruyub saxlamaq və Qərbə sübut olaraq alternativ bir sülh mərkəzi yaratmaqdan ötrü Azərbaycana ciddi şəkildə meyl edir. Əgər Moskva Qarabağ problemini həll etsə, Azərbaycanın rəğbətini qazana bilər və geosiyasi körpülərin açılmasına şərait yarada bilər. Bunu Lavrovun bu gün başlayacaq səfəri göstərəcək. Barrozu ilə danışıqlar prosesində də Əliyev Qərb üçün lazımi vədlər verdi. Hər şey Putinin səmimiliyindən asılıdır. Yenə də deyirəm, Lavrovla bugünkü danışıqlar bir çox məsələlərə aydınlıq gətirəcək".

Tarix
2014.06.17 / 10:59
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

General Heydər Əliyevin DTX-dakı işindən danışdı

Prezident Sus kəndində sakinlərlə görüşdü - Foto

Prezident ekskovatoru belə idarə etdi - Video

DTX-də Heydər Əliyevlə bağlı tədbir keçirildi - Foto

Prezident Şuşa rayonunda bu qəsəbənin təməlini qoydu

Tavuşda demarkasiya müdafiəni çökdürəcək – Xaçatryan

Prezident və xanımı Şuşada... - Foto

Ermənilərə bu əminliyi onlar vermişdi - Prezident

Ombudsman BMT-nin komitə üzvü ilə görüşdü - Foto

Füzuli hava limanından yeni görüntülər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla