Yuxarı

Hesablama Palatasında bu proqram təsdiqləndi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hesablama Palatasının növbəti kollegiya iclasında Dövlət Gömrük Komitəsinin Sumqayıt Baş Gömrük İdarəsində gömrük qanunvericiliyinə riayət edilməsi vəziyyətinə, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından İsmayıllı Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə və Dövlət İnvestisiya Proqramının təhlilinə dair həyata keçirilmiş nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.

Palatanın mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, iclasda hər bir nəzarət tədbiri üzrə kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiqlənib. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.

İclasda aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib, həmçinin Hesablama Palatasının iş planında nəzərdə tutulmuş nəzarət tədbiri ilə bağlı proqram təsdiqlənib.

Tarix
2017.10.13 / 18:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təşkilat bir adamın əlində alətə çevrilməməlidir

Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan

Əliyevi gözləyirik, Nikol isə gəlməlidir. Əgər gəlməsə…

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla