Yuxarı

Aİ səfiri: "Bakı bu festival üçün ən yaxşı şəhərdir"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda ilk Avropa tolerantlıq festivalı olan "IMAGİNE Euro Tolerance" festivalının açılışı olub.

Report xəbər verir ki, tədbir Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi, Azərbaycanda akkreditə olunmuş Aİ-nin üzv dövlətlərinin səfirlikləri tərəfindən təşkil edilib.

Festivalın açılışında çıxış edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestudis Yankauskasın bildirdiyinə görə, tədbirin məqsədi incəsənətin müxtəlif janrlarında - kino, musiqi, rəqs və s. tolerantlığı nümayiş etdirməkdir.

Səfir qeyd edib ki, festival Roma müqaviləsinin 60 illik yubileyinə həsr olunub və Bakı bu cür tədbirlərin keçirilməsi üçün ən yaxşı yerdir: "Çünki bu şəhər həmişə iki söz - tolerantlıq və müxtəliflik ilə xarakterizə edilib".

Festival zamanı 34 film nümayiş etdiriləcək, Belçika, Latviya, Litva, Polşa, İsrail, eləcə də Azərbaycandan olan məşhur rejissorlar, prodüserlər və aktyorlar ilə görüşlər, məşhur xarici musiqiçilərin 6 konserti keçiriləcək, teatr tamaşaları nümayiş olunacaq.

Festival oktyabrın 20-də başa çatacaq.

Tarix
2017.10.13 / 18:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təşkilat bir adamın əlində alətə çevrilməməlidir

Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan

Əliyevi gözləyirik, Nikol isə gəlməlidir. Əgər gəlməsə…

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla