Yuxarı

Sərkisyan heç olmasa həmsədrlərdən utanaydı - PA rəsmisi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Serj Sərkisyanın planı nə onun, nə də ondan sonra gələnlərin vaxtında reallaşacaq.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Tvitter səhifəsində yazıb.

“Təəssüflər olsun ki, Serj Sərkisyan yenə öz ampluasındadır. O, adətinə uyğun olaraq danışıqlar zamanı əldə olunan razılaşmanı pozmağı özünə şərəf sayır. Qərara alınmışdı ki, razılaşdırılmış məqamlardan əlavə hələlik heç bir bəyanat verilməsin. Amma o, bunu etdi. Söz versə də, yenə də sözünün üstündə durmadı. Heç olmasa, həmsədrlərdən və ATƏT-in nümayəndəsindən utanaydı. Görünür, danışıqları pozmaq niyyətindən əl çəkmək istəmir.

Lakin o bilir və unutmamalıdır ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və belə də qalacaq. Sərkisyanın planı nə onun vaxtında, nə də ondan sonra gələnlərin vaxtında reallaşacaq”, - PA rəsmisi qeyd edib.

N.Məmmədov qeyd edib ki, Sərkisyan nə qədər himayədarlarına quyruq bulasa da, yuxusu çin olmayacaq: “Sadəcə olaraq, deyəsən, onun məqsədi, Ermənistanda yaşayanları daim təşviş və zillət içərisində saxlamaqdır. Nə olar, qoy çalışsın”.

Qeyd edək ki, Sərkisyan ötən gün Cenevrədə İlham Əliyevlə keçirdiyi görüşdən dəqiqələr sonra erməni icmasına açıqlamasında deyib:

“Bizim üçün yeganə həll variantı Dağlıq Qarabağın Azərbaycandan kənarda olmasıdır. Heç vaxt heç bir erməni lider başqa cür qərar qəbul edə bilməz. Biz bunun üçün hər şeyi edəcəyik”.

Tarix
2017.10.17 / 13:27
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezident Leonid Kalaşnikovu qəbul etdi

Azərbaycanda 5-ci nəsil qırıcı istehsalı... - Təcili

Bakı və Ankaranı cilovlamalıyıq ki... – Paşinyan

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

Paşinyan Başkənddən danışdı: Məsələni qaldırdıq...

"Qara beretlilər" sərhədimizdə “Üzük” əməliyyatı keçirir

Ermənilərin Vardanyanla bağlı şok planı...

ABŞ-ın sanksiya tətbiq etdiyi ilk Azərbaycan şirkəti...

Ukrayna Azərbaycana çağırış etdi

İrəvan sərhədimizdə nə planlaşdırır? - Nikolun məqsədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla